Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində sabiq məmur korrupsiyaya görə ağır cəza alıb

Çinin CITIC Group (Çin Beynəlxalq Trast Sərmayə Korporasiyası) dövlət şirkətinin sabiq icraçı direktoru Jao Cinqven barəsində iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Hunan əyalətindəki Çanqşa Orta Xalq Məhkəməsində çıxarılan qətnamə ilə rüşvətxorluq və korrupsiya cinayətlərinə görə bütövlükdə 18 il həbs cəzasına və 3,2 milyon yuan (495 min dollar) məbləğində cəriməyə məhkum edilib.

Məhkəmə qərarına görə, müttəhim törətdiyi cinayətləri etiraf edərək peşman olduğu, qanunsuz ələ keçirdiyi vəsaitlərin hamısını təhvil verdiyi və istintaqa əngəl yaratmadığı üçün cəzası bir qədər yüngül olub.

Rəsmi məlumata əsasən, 2012-ci ildə hazırkı dövlət başçısı Si Cinpin hakimiyyətə gələndən bu yana ölkədə korrupsiyaya görə bütövlükdə 4,1 milyon nəfər müxtəlif cəzalara məruz qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar