Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb

Çində koronavirus qurbanlarının sayı durmadan artır...

Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə, ölənlərin sayı 106 nəfərə çatıb.

Çində koronavirusa yoluxanların sayı artıb.

Bu barədə “Report” “Sinxua”ya istinadən xəbər verir.

Qeyd edilir ki, virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının məlumatına əsasən virusa yoluxanların sayının 4477 nəfərə çatdığını, 106 nəfərin öldüyünü xəbər verib.

“Agence France-Presse” isə bildirib ki, ötən gün Hubey əyalətində yeni pnevmaniyadan daha 24 nəfər həlak olub. Həmçinin virusa 1291 yeni yoluxma hadisəsi qeydə alınıb.

 ***

Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatı, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.

APA “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, 2.454 yoluxma hadisəsi Çində, 6 nəfər Honqkongda, 5 nəfər Makaoda və 3 nəfər Tayvanda qeydə alınıb.

“Global Times” qəzetinin məlumatında bildirilir ki, koronavirusun ilk aşkarlandığı Hubey əyalətində xəstəlikdən 76 nəfər ölüb və yoluxanların ümumi sayı 1423-ə yüksəlib.

Virus artıq Çindən xaricdə - Cənubi Koreya, Yaponiya, ABŞ, Tayland, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da qeydə alınıb.

Qeyd edək ki, yeni virusun simptomlar yüksək temperatur, öskürək, və boğulma ilə müşahidə olunur.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: koronavirus

Şərh yazın.


loading...

Ən çox oxunanalar