Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində koronavirus qurbanlarının sayı 2 mini keçib - Yenilənib

Yeni statistika...

Çində yeni növ koronavirus qurbanlarının sayı 2004 nəfərə çatıb, 14,3 mindən çox insan müalicə yolu ilə bu virusdan xilas olub, pnevmoniyanın başlamasından bəri yoluxmuş insanların sayı 74,1 mini keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə ötən gün 72,4 mindən çox yoluxma halı, 1868 nəfərin ölümü və 12,5 mindən çox xəstənin sağalması barədə məlumat yaymışdı. Yeni məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm səviyyəsi 2,57%-dən 2,7%-ə yüksəlib.

Bölgələr arasında Hubey əyaləti yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 61,6 mindən çox insanın qeydiyyata alındığı, 1921 nəfərin öldüyü, 9128 adamın sağaldığı bildirilir. Onun ardınca 1,3 mindən çox sakinin xəstələndiyi Quandun, 1,2 mindən çox yoluxma halı ilə Henan və 1,1 mindən çox yoluxma halı ilə Çjetszyan gəlir.

Pekində yoluxmuşların sayı 387 nəfər olub, onlardan 130-u xəstəxanadan buraxılıb, 4-ü ölüb.

Ən son rəsmi məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 135,8 mindən çox sakin ölkədə həkimlərin nəzarəti altındadır. Eyni zamanda, ölkədə virusa yoluxma şübhəsi ilə 5,2 mindən çox insan nəzarətə götürülüb.

***

Çinin Hubey əyalətində bütün dövr ərzində yeni növ koronavirusa yoluxmuş insanların sayı 61,6 min nəfəri keçib, onlardan 1921-i ölüb, 9128 nəfər isə virusdan xilas olub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə bölgənin Gigiyena və Səhiyyə Komitəsi açıqlama yayıb.

Ötən gün səhər rəsmilər 59,9 mindən çox yoluxma, 1789 ölüm və 7862 nəfərdə sağalma faktı barədə məlumat yaymışdılar. Yenilənmiş məlumata görə, Hubeydə rəsmi ölüm səviyyəsi 2,98%-dən 3,11%-ə yüksəlib.

Pnevmoniyanın pik səviyyədə yayıldığı Uhan şəhərində virusa yoluxmuş insanların sayı 44,4 min nəfəri keçib. İkinci və üçüncü yerlərdə Syaoqan və Huanqan şəhərləri gəlir, onların hər birində müvafiq olaraq 3,3 min və 2,8 min yoluxma halı qeydə alınıb. Bölgənin digər dörd şəhərində isə göstərici 1 mindən çoxdur.

Həkimlərin dediyinə görə, Hubeydə yoluxmuş 9,2 mindən çox insanın vəziyyəti ağır, 1,9 mindən çoxunun vəziyyəti isə olduqca kritikdir. Yoluxmuş insanlarla yaxın əlaqədə olan təxminən 68,3 min sakin isə hazırda həkimlərin nəzarəti altındadır.

pia.az

 


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar