Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib

Çinin Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi Hərbçilərin VII Dünya Oyunlarının açılış mərasimi keçirilib...

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan hərbi idmançılarının da iştirak etdiyi yarışda şuranın üzvü olan 109 ölkədən 9300 hərbçi idmanın 27 növü üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Bu il keçirilən dünya oyunları iştirakçıların və yarış növlərinin sayına görə indiyədək keçirilmiş ən böyük oyunlar olacaq.

Uxan şəhərindəki 35 məkanda 10 gün davam edəcək beynəlxalq idman tədbirinin rəsmi açılış mərasimində rəsmi qonaqlar, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları iştirak ediblər.

Qeyd edək ki, yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək. Yarışlara qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar üstünlük təşkil edirlər. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər də var.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar