Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində daha bir peyvəndin kütləvi marketinqinə icazə verilib

Çinin Dövlət Tibbi Məhsullar Administrasiyası Çin Hərbi Tibb Akademiyası və “CanSino Biologics” şirkəti tərəfindən birgə hazırlanan COVID-19 əleyhinə vaksinin ölkədə kütləvi marketinqinə icazə verib.

Çində marketinqinə icazə verilən COVID-19 vaksinləri arasında yalnız “CanSino” şirkətinin peyvəndinin bir dozası yeni növ koronavirusa qarşı immunitet yarada bilir. Belə ki, bu peyvəndin bir dozası bədəndə humoral və toxuma immun cavabı yaradır. Vaksinin saxlanma və daşınması üçün 2-8 dərəcə Selsi temperatur rejimi tələb olunur.

Qeyd edək ki, “CanSino Biologics” şirkəti ötən ilin mart ayında dünyada birinci olaraq koronavirusa qarşı vaksinin insanlar üzərində kliniki sınaqlarının ilk mərhələsinə başlayıb. Bu mərhələ sınaq yeni növ koronavirusun ilk aşkarlandığı Hubey vilayətinin paytaxtı Uxan şəhərində təşkil olunub. Vaksinin immunogenliyi və təhlükəsizliyi baxımından tədqiqatların ikinci mərhələsinin nəticələri ötən ilin iyulunda resenziyalaşdırılan “The Lanset” tibb jurnalında dərc edilib. Vaksinin bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. İlk 14 gün ərzində pasiyentlərdə immun cavabı müşahidə olunub, 28 gün ərzində tədqiqat iştirakçılarının əksəriyyətində əhəmiyyətli humoral və toxuma immun cavabı yaranıb. Kliniki sınaqların üçüncü mərhələsi isə Çin ilə yanaşı, Pakistan və Rusiyada da aparılıb, fevralın 8-də açıqlanan ilkin nəticələrə əsasən onun effektivliyi 74,8 faiz olub.

Çin hökuməti indiyədək yerli mütəxəssislərin hazırladığı 4 COVID-19 peyvəndinin, o cümlədən Azərbaycanda da vaksinasiya prosesində tətbiq olunan “Sinovac” şirkətinin “CoronaVac” peyvəndinin kütləvi marketinqinə icazə verib(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar