Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin uğrunda döyüş: Səudiyyə Ərəbistanı niyə İsraillə İranı toqquşdurur?


Sərkis Saturyan


Regnum İA, 29.05.2017

Suriya üzərində NATO “çətiri”

Şimal Atlantika alyansı Suriya ərazisində Amerika koalisiyasının əməliyyatlarına qatılacaq. Uyğun qərar bu il mayın 25-də NATO-nun Brüsseldə başlanmış  ikigünlük sammitində qəbul edilib. Natoçular birbaşa vuruşmağa hazırlaşmırlar: döyüş meydanında səbatlı valyutaya görə öldürmək və qarət etməyə hazır olan, öz aralarında rəqabət aparan çoxlu qruplaşmalar var. Və bu, təşvişi ancaq gücləndirir, çünki “alyansın blok kimi Suriya münaqişəsinə qatılması NATO Nizamnaməsinin kollektiv müdafiə haqda beşinci maddəsini aktuallaşdırır”- hərbi ekspert İqor Koretski Regnum İA-ya xatırladır. Amerikannın SƏR-dəki manevrlərinin əasa hədəfi buradan qaynaqlanır – prezident Bəşər Əsəd və çevrəsinə nisbətdə NATO təcavüzkarlığını önləyən iki ölkənin – Rusiyaİranın sıxışıdırılması. Türkiyə məmnundur. Astana diplomatik prosesi deyilən gedişat onun qonşu Latakiyada Rusiya iştirakını təhdid edəcəyi – hələ İdlibdən “əl uzatmaq mümkün olan” strateji mühüm Hələb haqda demirik –  İdlib əyalətində iştirakını leqallaşdırıb. Niyə də yox? Xüsusən də ona görə ki, Rusiyaİranın sıxışdırılmasına görə pulu mayın 19-da Birləşmiş Ştatlarla 350 milyard $-lıq silah müqaviləsi bağlamış Səudiyyə Ərəbistanı ödəyir. Əvvəlcə Səudiyyə Ərəbistanı paytaxtına, artıq sonra isə İsrailə yollanmış ABŞ prezidenti Donald Trampın ilk xarici səfərinin mənası bu cürdür.

Paradoksaldır, lakin bəzi ekspertlər Vaşinqton və Ər-Riyadın sövdələşməsini Təl-Əvivin siyasi aktivinə yazmağa tələsiblər. Amma  İsrail hökuməti ehtiyatlı mövqe tutmaqla başqa fikirdədir. Yəhudi dövlətinin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bu xüsusda bunu deyib: “Bu bizi həqiqətən narahat etməli məsələdir. Səudiyyə Ərəbistanı diplomatik münasibətimiz olan ölkə deyil, bizimlə əvvəlki tək düşməndir və gələcəkdə nə olacağını heç kim bilmir”.

İsraillilərin şəkkaklığını tarix diktə edib. Axı hələ 1973-cü ildə Ərəb-İsrail müharibəsi günlərində (oktyabr) səudlar Təl-Əvivə düşmən münasibəti gizlətməyiblər. Bunu Fars körfəzi monarxiyalarının tətbiq etdiyi beynəlxalq embarqodan yan keçməklə israillilərə neft tədarük edən şah İranı haqda demək olmaz.

İran həsrəti?

Söhbət 1968-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin təşəbbüsü ilə salınmış Eylat-Eşkalon neft kəmərindən gedir. Layihə 1979-cu il islam inqilabına qədər işlək olub. Boru iranlıların Aralıq dənizinə manesiz çıxışını təmin edir, Misirin Süveryş kanalının xidmətini gözardı etməyə imkan verirdi. Lakin İsraillə Misirin ABŞ vasitəçiliyi ilə əldə etdiyi Kemp-Devid sazişi (1978-1979-cu illər) Yaxın Şərqdə tarazlığı dəyişdirdi. Qahirə nəql inhisarını özünə qaytardı, Təl-Əviv Amerika administrasiyasının sədəqəsi ilə neft kəmərini bağladı və İranı yalnız 2016-cı ilin iyununda İsveçrə federal tribunalında İran tərəfinin qələbəsi ilə bitən çoxillik məhkəmə çəkişməsinə əl atmağa məcbur etdi. Məhkəmə İranı zərərçəkən tərəf bilib Təl-Əvivdən 1milyard $ müavinət və borc üzrə faizləri ödəməyi tələb etdi. Aşkar ziddiyyətlərə baxmayaraq Tehran sünni rejimlərlə mübaruizədə Təl-Əvivin təbii müttəfiqi idi və bu gün də belədir. Lakin ritorika səviyyəsində məsələ başqa cürdür və İİR prezidenti Həsən Ruhaniyə yəhudin xalqını hər il Purim münasibətilə (Bibliyaya görə, İran imperiyası ərazisində yaşayan yəhudilərin qırğından xilas edildiyi günün anılması-tərc.) təbrik etməyə mane olmur. “Mossad”ın keçmiş rəhbəri, general-mayor Meir Daqan Channel 2 telekanalına verdiyi və 2016-cı il mayın 5-də (israilli sərkərdənin vəfatından beş il sonra) işıq üzü görmüş müsahibəsində İran-İsrail “antaqonizmi”nin mənzərəsini bütünlüklə dağıtdı.

Daqan aparıcı İlana Dayana bildirib: “İranla nüvə sazişi Netanyahunun səyləri sayəsində baş tutdu”. Baç nazirin hətta ABŞ-la münasibətləri kəsmək bahasına sazişə qarşı mübarizə apardığı haqda Dayanın replikasını Daqan dəf edib: “Bu yalandır. Bu, sadəcə, yalandır”.

Kəşfiyyatçı hadisələrin ardıcıllığını sıradakı şəkildə təsvir edir: “Netanyahu müəyyən bir anda hədələməyə başladı ki, İrana hücum edəcək. O və o zamankı müdafiə naziri (Ehud Barak) bildirdilər ki, İranın bomba əldə etməyini aradan qaldırmağın yeganə üsulu hücumdur. Onlar SAXAL-ın imkanları və hazır olduğundan danışıb İsrailin bu addımı atmağa hazırlaşdığını bütün dünayaya car çəkdilər”.

Daqan kəşfiyyatın nüvə proqramının inkişafını dayandırmaqdan ötrü yəhudi dövlətinin İranı vurmaq hazırlığından danışıldığı 2010-cu il hesabatına isnadən bildirdirdi. Onun sözlərinə görə, “Amerikalılar təhlil nəticəsində nəticəyə gəldilər ki, İranla müharibə onların maraqlarına mənfi təsir edəcək. Buna görə də alternativ axtarışı ilə məşğul oldular və nəticəsi saziş oldu. Onlar dedilər: “Biz pis sazişi müharibədən üstün tuturuq”. Sazişin bağlanmasını sürətləndirən adam isə –  bütün bağırtıları və aşkar narazılığı ilə – İsrail baş naziri çıxdı”.

1998-2002-ci illərdə “Mossad”ın direktoru olmuş Əfraim Qalevi də oxşar baxış nöqtəsini ifadə edib. O, açıqca etiraf edib ki, İran İsraili təhdid etmir. Onda Səudiyyə Ərəbistanı ilə “ittifaq” israillilərin nəyinə lazım?

İsraillə İrana

Aydındır ki, Yaxın Şərqdə hərc-mərclik şəraitində Ər-Riyadla taktiki yaxınlaşma Təl-Əvivin marağında tamamilə gözlənilən hadisə idi, çünki eyni zamanda bir neçə teatrda müharibə tamamilə fəlakətli və ziyanlı işdir. Hətta Benyamin Netanyahu nikbinliyi saxlayaraq ümidini ifadə edib ki, “İsrail nazirlər kabinetinin başçısı günlərin birində Təl-əvivdən Ər-Riyada birbaşa uçuş həyata keçirəcək”.

Müdafiə naziri Avigdor Liberman isə ümumiyyətlə İrana qarşı “ərəb NATO-su”nun yaradılması uğrunda mübarizə aparır. Bunun bir neçə səbəbi var.

Birincisi, müsəlman dünyası İsrailə düşmən kimi qalır. Təkcə uzun sürən, Səudiyyə Ərəbistanının ton vetrdiyi  İsrail-ərəb münaqişəsi deyil, qarşıdurmaya dolayısı ilə cəlb edilmiş ölkələrin siyasəti də bundan xəbər verir. Təsadüfi deyil ki, Netanyahunun Avstraliyaya səfərinin gedişində İsrail baş nazirinin təyyarəsi Sinqapur, Filippin və Papuadan keçməklə İndoneziyann milli ərazisindən yan keçməyə məcbur olub. Bunu “Washington Post” dəqiqləşdirib.

İkincisi, İsrail və Səudiyyə Ərəbistanını Çinin “İpək yolu” geoiqtisadi layihəsi birləşdirir. Pekin azad ticarət zonasının (ATZ) yaradılması üzrə Təl-Əviv və Ər-Riyadla ikitərəfli danışıqlar aparır. Krallığın energetika naziri mayın 15-də Çin paytaxtında “İpək yolu” forumunda çıxış edərək sirrin pərdəsini azca açıb. Londonun “Asharq Al-Awsat” nəşri əl-Fəlihədən sitat gətirir:

“Biz Səudiyyə Ərəbistanında sədr Si Szxinpinin İpək yolunun İqtisadi Qurşağını qurmaq təşəbbüsünə qürurla baxırıq. Bu, kral Salmanın 2030-cu ilədək ölkənin inkişaf  strategiyası çərçivəsindəki (Saudi Arabia`s Vision 2030) planları ilə tam üst-üstə düşür. Strategiya-2030 krallıq ərazisində Səudiyyə Ərəbistanını bölgəsəl və beynəlxalq iqtisaqdiyyata inteqrasiya etməyə imkan verən dəmiryol layihələri, aeroport və dəniz limanlarının inşasını nəzərdə tutur… Təşəbbüsün geniş imkanları Böyük Britaniyanın bu tarixi layihədə iştirakı ilə möhkəmlənir. Strategiya-2030 və İpək yolu krallığın üç qitənin – Asiya, Afrika və Avropanın qovşağında nadir şəkildə yerləşməsini istifadə etməyi nəzərdə tutur. Bu mənada Səudiyyə Ərəbistanının irimiqyaslı infrastrukturu üç qitədən mal axınını çoxaltmağa şərait yaradan daha bir aktivdir”.

“Arab News” agentliyi xəbər verir: Səmalar ölkəsi Səudiyyə Ərəbistanı başda olmaqla FKƏDƏŞ-i (Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası) “azad ticarət haqda saziş üzrə danışıqları sürətləndirmək yolu ilə qarşılqılı ticarətin institutlaşdırılması üzrə əlavə tədbirlər görməyə” çağıraraq döyüşə atılır.

Pekin beynəlxalq biznes və iqtisadiyyat universiteti yanında beynəlxalq araşdırmalar Məktəbinin dekan müavini Din Lonqun sözlərinə əsasən, ÇXR ilə FKƏDƏŞ arasındakı ATZ ticari münasibətləri indiyədək görünməmiş səviyyəyə qaldırmaq imkanı verir. İstinadlar yüksəkdir. Ərəb analitik Nəsir əl-Təmimi dəqiqləşdirir: axı “Çinin xarici ticarətinin 90%-i, idxalat dəmir filizinin 98%-i, xam neft idxalının 91%-i, kömür idxalının 92%-i və taxıl idxalının 99%-i dəniz kommunikasiyalarının payına düşür”.

Üçüncüsü, FDƏKƏŞ-in “İpək yolu” layihəsinə çıxışının bədəli Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirməli olan Eylat-Aşdod dəmiryoludur. Yəni İsrail-İran ziddiyyətlərinin artması məhz Çinin yardımı ilə İran şahının “arzusunu” – Süveyşdən yan keçməklə Aralıq dənizinə kommunikasiyanı özünə bağlayan Səudiyyə Ərəbistanının əlinə oynayır.

İsrail İrana qarşı Səudiyyə Ərəbistanı ilə ittifaqının Çinin “İpək yolu”nu təhdid etdiyi duruma düşüb, Ər-Riyadla alyansdan imtina isə FDƏKƏŞ-in yəhudi dövlətinə qarşı vahid cəbhəsini yaratmaq təhdidi gətirir. Özü də bu, beynəlxalq KİV-lərin atəşi altına düşmüş Pentaqonun strateji çarəsizliyi fonunda baş verir. Əslində, Təl-Əviv ərəblərlə farslar arasında deyil, Vaşinqtonla Pekin arasında seçim edir. Və bu seçim öz ziddiyyətlərini aybay üzə çıxarır, çünki Qərb Rusiya maraqlarını nəzərə almadan Yaxın Şərqdə qüvvələr tarazlığı qurmağa cəhd edir.  

Moskva bölgədə İsrail və İranın mövqelərini yaxınlaşdırmaq iqtidarındadır. Bu da  uzunmüddətli perspektivdə Səudiyyə Ərəbistanı və Türkiyənin ittifaqını tarazlaşdırmağa imkan verəcək. Doha artıq Ər-Riyaddan aralanıb. Başlanmış işi davam etdirmək lazımdır…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar