Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin sosializminin yaratdığı möcüzələr - Bu gün Çin inqilabı 70 illiyini qeyd edir...

Yeni Dünya kapitalizm dünyasının deyil. Asiyadan yeni bir mədəniyyət yüksəlir və bu mədəniyyət ictimai, demokratik, əməkçini dəstəkləyən, sülhsevər bir quruluşdur...

Doğu PERİNÇEK
“Aydınlık” qəzeti, Türkiyə, 1 oktyabr 2019-cu il

Bu Çin inqilabı 70 illiyini qeyd edir. Geridə qalan 70 ilə baxdıqda bunları təsbit etmək olur:

1. Dövrümüzün tipik inqilabı

Çin inqilabı dövrümüzün tipik inqilabıdır. 20-ci əsrin əvvəllərində inqilabın mərkəzi Əzilənlərin Dünyası idi. İnqilab anlayışı artıq 1848-ci ildə Karl Marks və Fridirix Engelsin Kommunist Partiyası Manifestində yazıldığı kimi işçi sinfi ilə burjuaziya arasında gedən mübarizənin nəticəsi deyildi.

İmperializm çağında müstəmləkəçiliyin ağırlığı Əzilən Dünya millətlərinin üstünə düşüb. Təbii olaraq, bu şərtlərdə inqilab inkişaf etmiş kapitalist ölkələrində deyil, imperializmin zəif halqalarında, yəni Əzilən Dünya ölkələrində baş verəcəkdi. İmperializm dövrünün inqilab nəzəriyyəsini Lenin inşa edib. Rusiya və Türkiyə kimi ölkələrdə başlayan inqilab Asiyanın şərqində yerləşən Çində son həddində çatıb. Çin qarşısında duran imperialist müstəmləkəçiliyin ağırlığı və feodal münasibətlərinin inkişafı ilə Asiya, Afrika və Latın Amerikasının ictimai-iqtisadi münasibətlərini daha konkret şəkildə təmsil edirdi. Məsələn, Çin inqilabından sonra baş verən Vietnam, Koreya, Kuba, Kamboca, Laos, Nikaraqua və Venesuela inqilabları Rusiya və Türkiyədən çox, Çinə bənzər ictimai-iqtisadi mühitdə həyata keçirildi.

70 ildir yaşamasından da bəlli olur ki, Çin inqilabı dövrümüzün tipik inqilabıdır. Şərq inqilabları Şərqin Qərbində deyil, Şərqin Şərqində yaşaya bildi. Şərq inqilablarının möcüzəvi uğuru Çində özünü göstərdi. Bu gün Dünya İnqilabının yüksəldiyi bir dönəmdə Çin, Rusiya, Türkiyə və İran inqilabı prosesinin yenidən birləşdiyini görmək olur. Çinin sosializm yolunda mübarizə aparması bu prosesi daha da yüksəldib. Bu baxımdan da, dövrümüzdəki bu tipik inqilabın Çin inqilabı olduğunu deyə bilərik.

2. Çin sosializm yolunda mübarizə aparıb və aparmağa davam edir

Bu gün Çin Kommunist Partiyası Si Tsipininin liderliyində Çinə məxsus sosializm inşa edir və Mao Tszedunun inqilabçı cizgisi ilə irəliləyir.

Sosializm Çin inqilabı ilə formalaşıb. Sosializm yaratmaq praktikasındakı liderlik isə 19-cu əsrdə “geridə qalmış” hesab edilən Asiya ölkələrinə keçib. Beləliklə də, Leninin “Proqressiv Asiya, geridə qalmış Avropa” təsbiti də öz təsdiqdini tapıb. Elmi sosializm Avropada doğulmuş olsa da, Asiyada inkişaf etdi. Elmi sosializm nəzəriyyəsi Avropada çürüyərkən, Asiyada canlandı və böyük bir sıçrayışa səbəb oldu.

Çin İnqilabının lideri olan Çin Kommunist Partiyası Çində kapitalizmə geri dönmək təhlükəsinə qarşı mübarizə apararkən də Avropadan gələn təzyiqlərə təslim olmayıb və sosializmi qurmaq üçün öz yoluna davam edib. Burada Mao Tszedunun yaradıcı liderliyini vurğulamaq lazımdır. Ən əsası da, Mao Sovet İttifaqının kapitalizmə dönüş prosesini izləyib. Əgər izləməsəydi, Çin də Sovet İttifaqı Kommunist Partiyasının geri dönüş prosesini izləyəcəkdi.

Bu gün Çində Qanunsuzluqla Mübarizənin “milçəklərə” qarşı deyil, “pələnglərə” qarşı aparılması Maonun nəzəriyyəsini təsdiq edir. Qanunsuzluqla Mübarizə kapitalizm baxımından da cinayət hesab edilən rüşvət kimi əməliyyatlara qarşı mübarizə aparmaqla yanaşı, həm də kapitalizmə geri dönüş təhlükəsinə qarşı mübarizə aparır.

Bu gün Çinin sosializm qurmaq üçün apardığı mübarizə təkcə Çin üçün deyil, bütün bəşəriyyət üçün tarixi əhəmiyyət daşıyır. Çünki əgər Çin kapitalizmə geri dönsə, bəşəriyyət hegemon bir dövlətlə üz-üzə gələcək. Dünya nizamı dəyişir. Bu baxımdan, Çin sosializminin ümidi bəşəriyyət üçün müstəmləkəçilikdən və təzyiqlərdən azad olmuş dünya modelidir. Çindəki sosializm İnkişaf edən və Əzilən Dünya ölkələrinın imperializmə qarşı azadlıqlarını inkişaf etdirmələri, rifaha çatmaları və sülhü qorumasına da qarantiya verir.

3. Dövrümüzün möcüzəsi

Çinin inkişafda qazandığı uğurları bu gün hər kəs “Çin möcüzəsi” adlandırır. Bu, inqilab möcüzəsidir. Çin inqilabdan əvvəl də yaşayırdı, amma Çin möcüzəsi inqilabdan sonrakı hadisədir. Şübhəsiz ki, bu möcüzəni də Çin xalqı yaradıb.

Çin inqilabı çinli işçini və xalqı azadlığa qovuşdurub, başqa sözlə, istehsal qüvvələrinin zəncirlərini qırıb, müxtəlif milliyətlərlə Çin millətini birləşdirib, sinifsiz və müstəmləkəçilik olmayan bir cəmiyyət hədəfinə yönələrək möcüzə yaradıb. Çin İnqilabı istehsal münasibətlərində inqilab edərək azadlığa qovuşub, bacarıqlarını inkişaf etdirmiş insan kütləsi yaradıb. Belə bir iqlimdə ancaq möcüzə yarana bilərdi.

Təkcə Çinin deyil, eyni zamanda, 20-ci əsrdə məzlum hesab edilən bütün ölkələrin hazırda İnkişaf Edən Ölkələr sırasında olması və bəşəriyyətin inkişafında ciddi rol oynaması ümumilikdə inqilabın möcüzəsidir.

Bu gün kapitalistlər də reallığa boyun əyərək Çin möcüzəsi anlayışını qəbul edirlər. Lakin onlar utanmasalar, bu möcüzəni “kapitalizmin möcüzəsi” adlandıracaqlar. Halbuki 1949-cu ildə Çinin qonşusu olan Asiya ölkələrinə bir baxaq: Bəs oralarda niyə bir möcüzə baş tutmayıb? Oralarda niyə hələ də ictimai və iqtisadi geriləmə hökm sürür? O ölkələrdə insanlar niyə hələ də etnik və məzhəb davaları içində xaosa sürüklənir?

Aradakı fərq inqilabla əlaqəlidir.

4. Çin inqilabı sosializmin kapitalizm qarşısındakı üstünlüyünü sübut etdi

Sosializmlə kapitalizm arasındakı çəkişmə ideoloji baxımdan bir neçə əsrdir bəşəriyyətin gündəmindədir.

1917-ci il Sovet İnqilabı Asiya Dövrünün ilk inqilabı idi. 1930-cu illərə qədər əslində Milli Demokratik İnqilab vəzifələrini yerinə yetirib. 1930-dan sonra sosializm yaratmaq cəhdi elə bir balans yaratdı ki, Türk İnqilabı, Çin İnqilabı və digər bir çox inqilablar həmin şərtlərdə uğur qazandı. Bununla yanaşı, Sovet İttifaqının kapitalizmə geri dönməsi dünyada “kapitalizmin zəfəri” və “sosializmin iflası” adlandırıldı. Kapitalist idealistlərinin fikrincə, “tarixin sonu” gəlmişdi. Amma Çin sosializminin böyük uğurları bütün bu iddiaları yerlə bir etdi. 1949-cu ildə dünyanın ən yoxsulları arasında olan Çin çox qısa zamanda dünya iqtisadiyyatının motoruna çevrildi. Çin İnqilabı sosializmin kapitalizmdən üstün olduğunu sübut etdi.

5. Çin inqilabı bəşəriyyət üçün bir qala yaratdı

Çin İnqilabı yeni bir Çin yaratmaqla kifayətlənməyib, həm də dünya əhalisinin 1/4-nin yaşadığı ərazidə bir bəşəriyyət qalası inşa etdi. Çin inqilabı dünya nizamını elə dəyişdirdi ki, Asiya, Afrika və Latın Amerikası ölkələrində milli demokratik inqilabların da yolunu açdı. Çin inqilabı azadlıq və rifah üçün mübarizənin etibarlı bir müttəfiqinə çevrildi. Çinin dünya ölkələri ilə münasibətdə yaratdığı Paylaşdırıcı İnkişaf cizgisi hegemonların təzyiqi və müstəmləkə modelinin qarşısında yeni bir münasibət modeli qurub.

6. Yeni paylaşdırıcı mədəniyyətin liderlərindən biri

2030-cu ildə ilk onluqda yer alan, Yaponiyadan başqa bütün Asiya ölkələri ümumən 130 trilyon dollarlıq mal istehsal edib, ABŞ, Almaniya və Yaponiyanın təmsil etdiyi inkişaf etmiş kapitalist ölkələrin istehsalı isə 50 trilyon dollar çərçivəsində qalıb. Yeni dünyanın quruluşunu bu mənzərəyə baxaraq anlamaq olar. Digər tərəfdən də Asiya çağdaş dünyanın inkişaf, irəli texnologiya, demokratiya, azadlıq, mədəni inkişaf və incəsənət iqliminə çevrilib.

Yeni Dünya kapitalizm dünyası deyil. Asiyadan yeni bir mədəniyyət yüksəlir və bu mədəniyyət ictimai, demokratik, əməkçini dəstəkləyən, sülhsevər bir quruluşdur. Asiyadan yüksələn bu yeni mədəniyyət dünya demokratik inqilabının böyük səfərinə işarə edir. Bu proses, eyni zamanda, yeni milli demokratik inqilab dalğasını gündəmə gətirəcək. Asiya mədəniyyəti sosializmə keçidin xəbərçisidir. Çin inqilabı Yeni Paylaşdırıcı Mədəniyyətin liderlərindən biridir.

Çin İnqilabı Məzlumlar Dünyasını tarix səhnəsinə çıxarıb. Bu hadisə Məzlumların yazdığı yeni tarixin başlanğıcıdır. Bu baxımdan, Çin İnqilabı 21-ci əsrin üfüqlərini açıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar