Cümə, 19 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Çin Rusiya neftini almaqdan imtina etdi

Çinin gömrük orqanları istehlakçılara çirklənmiş Rusiya neftini almağı qadağan edib

Məlumatı öz mənbələrinə istinadən “Röyter” agentliyi yayıb.

Bildirilir ki, yeni qərar nəticəsində Rusiyanın 500 milyon dollar dəyərində olan 1 milyon ton çirkli nefti alıcısız qalıb.

Çində istehlakçılar çirkli Rusiya neftini almaqdan imtina etməklə bərabər treyder olan “Vitol” şirkətini Avropaya göndərməyə məcbur ediblər.

Qeyd olunur ki, bazarda “qara qızıl”ın qiymətinin 65 dollar olmasına baxmayaraq, Rusiya çirkli neftin bir barelini 10-20 dollara təklif edir. Bunun sayəsində Moskva əlində olan çirkli neftin böyük hissəsini (800 min ton) Çin və Hindistanın alacağına ümid etdiyini, amma bu ümidlərin doğrulmadığı vurğulanır.

Qeyd edək ki, indiyə qədər Çin Rusiyanın iki milyon barel çirkli neftini alıb. Çin şirkəti bu nefti aprelin əvvəlində əldə edib. Avropada isə çirklənmiş Rusiya neftinin alıcıları İspaniyanın “Repsol”, İsveçin “Preem” və Finlandiyanın “Neste Oil” şirkətləri olublar. Nəşr qeyd edir ki, onlar ümumilikdə Rusiyadan 600 min ton çirklənmiş neft alıblar.

pia.az

Etiket:

Şərh yazın.

loading...