Çin özünün “Çjuhay-1” orbital sistemini formalaşdırmaq məqsədilə kosmosa məsafədən zondlamanı həyata keçirən beş nanopeyk göndərib...
"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, nanopeyklər ölkənin şimal-qərb əyaləti Qansuda yerləşən Tszyutsyuan kosmodromundan göndərilib.
“Çjuhay-1” orbital sistemi 34 peykdən ibarət olacaq. Artıq sistemdə 12 peyk mövcuddur.
pia.az