Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

Azərbaycan xarici işlər naziri  Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaqlar.

Bu barədə POLITICO nəşri məlumat yayıb.

Qeyd olunur ki, hələlik nazirlərin arasında ikitərəfli görüşü baş tutb-tutmayacağı, o cümlədən ABŞ rəsmilərinin onların iştirakı ilə üçtərəfli danışıqlar təşkil etməyə cəhd edəcəyi məlum deyil. “Lakin onların eyni gündə Vaşinqtona səfərləri bunu göstərir ki, ABŞ bərpa edilmiş münaqişənin yumşaldılmasına dair səylərini fəallaşdırıb”,-nəşr yazır.

Səfərlər habelə Tramp administrasiyasına ABŞ-da seçkilərə bir neçə gün qalmış dünya liderliyini nümayiş etdirmək şansı da verir. ABŞ hökumətinin sənədlərinə əsasən Ceyhun Bayramov Maykl Pompeo ilə oktyabrın 23-də səhər görüşəcək. Bunun ardınca dövlət katibinin Ermənistan XİN rəhbəri ilə görüşü baş tutacaq.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ceyhun Bayramovla Zöhrab Mnatsakanyan arasında Vaşinqtonda görüş imkanını istisna etməyib.

Xatırladaq ki, bundan əvvəl oktyabrın 9-da AzərbaycanErmənistan XİN rəhbərləri Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə 11 saatdan çox çəkən danışıqlar aparıblar. Bu danışıqlarda Qarabağda humanitar atəşkəsin əldə edilməsi və danışıqların bərpası razılaşdırılıb. Lakin Ermənistan tərəfi həmin razılaşmaya əməl etmir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar