Çərşənbə, 30 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ceyhun Bayramovun Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb - Foto

6 avqust 2020-ci il tarixində Xarici İşlər nazir Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.

PİA.az Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.

Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla, işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbul edilməz olduğunu bildirən Nazir, BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.

Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad etdi və bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb - Video

Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - Video

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb - Fotolar

Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar

Paşinyan Rusiyaya gedəcək erməni nümayəndənin səfərini ləğv etdi - Nələr baş verir?

Ermənilər cəbhəyə gedən Kamil Zeynallını hədəf aldı - Foto

Döyüşlər Füzuli şəhərinin yaxınlığında gedir

loading...

Ən çox oxunanalar