Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov YUNİSEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

2021-ci ilin 28 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən bildirilib ki, Nazir Ceyhun Bayramov Edvard Karvardinin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, YUNİSEF ilə münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

Edvard Karvardin Azərbaycan və YUNİSEF arasında bir çox sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivlərinə toxundu, ölkəmizdə həyata keçirilən layihələrdən danışdı, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın həyata keçirilməsindən bəhs edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Nazir Ermənistanın mina xəritələrin təqdim etməsinin ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, bərpa və yenidənqurma işlərinin tez bir zamanda həyata keçirilməsinə də müsbət təsir göstərəcəyini bildirib. Bunun öz növbəsində, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcəyini bildirib.

Edvard Karvardin azad olunmuş ərazilərə səfər edərkən orada dağıntıların miqyasının şahidi olduğunu bildirib. Münaqişə nəticəsində ailələrə və uşaqlara dəyən ziyandan məyusluğunu ifadə edib. Həmçinin o, azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işlərinin şahidi olduğunu və bu xüsusda, ailələrin öz doğma yurdlarına tezliklə geri dönəcəyinə ümidvar olduğunu bildirib.

Edvard Karvardin Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində qalacağını qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar