Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov üçün suallar tanış jurnalistlərə öncədən paylanılıbmış! - Bəzi KİV ilə TN-nin birgə "əməkdaşlığı" üzə çıxdı!

“Sualları tanışlara paylamağınızdan obyektivliyiniz bilindi!”

Təhsil naziri Ceyhun Bayramov bu gün mətbuat konfransı keçirib.

PIA.az mediapress.az saytına istinadən xəbər verir ki, konfransda dəvət olunan TV və internet portallarının müxbirlərinin gündəmdən kənar sualları cavablandırılıb. Daha doğrusu, öncədən hazırlanmış suallar jurnalistlərə paylanılıb ki, cənab nazirə ünvanlasınlar. Digər bir neçə jurnalist isə sadəcə konfransda iştirakı ilə kifayətlənib. Daha doğrusu, onlara sual vermələri üçün heç bir şərait yaradılmayıb. Belə jurnalistlərdən biri Ayna.az saytının müxbiri Raminə Eyvazqızı olub. O, baş verənləri elə konfrans zamanı öz Facebook sahifəsində yazıb:

“Deməli,Təhsil Nazirliyində mətbuat konfrasıdır. Suallarımdan qorxan və sualları qabaqcadan jurnalistlərə paylayan nazirliyin davranışı gülüş doğurur. Qarşımdan mikrofonu təcili göturtdülər. Billurə xanımın göz -qaşlı (mətbuat xidmətinin işçisi) sifarişi yerinə yetirildi!!! Ayıbdır!!!!!
Sual növbə ilə və yalnız mikrofonla verilirdi. Tərbiyəsizlik və etikadan kənar davranış mənlik deyil!”

Əlbəttə, jurnalistin narazılığına qurumun mətbuat xidmətinin işçiləri dərhal reaksiya verdilər. Fərizə Əhmədova, “sual vermək istəyən hər kəsə mikrafon uzadılırdı, Raminə can. Sən sual vermək istədiyini bildirmədin axı. Mətbuat konfransında hər jurnalistə açıq olur mikrafon. Belə dediyin kimi ola bilməz, sən düzgün anlamamısan. Güman ki, orda yalnış anlaşılma olub. Sualı mikrafonsuz da verənlər var idi. Heç kimin qarşısı kəsilmədi ki, sual verilməsin, məncə. Canlı yayımdan da görmək olar, əzizim”, - deyə fikrini izah etsə də, jurnalist Raminə Eyvazqızı, “reaksiyan üçün təşəkkür! Amma mən uşaq deyiləm, kifayət qədər təcrübəm var! Bu günə qədər sizə unvanladigim sualdan cavab almamışam, Vallah”, - deyə iddialı şəkildə cavab verib.

F.Əhmədovadan savayı mətbuat xidmətinin digər bir işçisi - Billurə Hacızadə də polemikaya qoşulmaqdan çəkinməyib:

“Raminə xanım, mətbuat konfransında hər kəsə sualını vermək üçün şərait yaradılmışdı .Sadəcə, həmkarınız suallarını vermək üçün növbə gözləyirdi. Mikrofon qarşınızda idi, istədiyiniz zaman siz də sualınızı verə bilərdiniz. Sualların ardıcıllığının kəsilməməsi, hər bir media nümayəndəsinə sual vermək imkanının yaradılması üçün onların mikrofonla təminatına şərait yaradılırdı. Heç bir qərəzdən söhbət gedə bilməz. Təhsil Nazirliyində hər bir media nümayəndəsinə hörmətlə yanaşılır və nazirlik mediaya hər zaman açıq olan qurumlardandır. O ki qaldı sualınıza, istədiyiniz zaman ünvanlaya bilərsiniz. Təşəkkür edirik”.

Buna baxmayaraq, Raminə xanım gördüyü və jurnalistika üçün bir ləkə sayılan hadisənin şahidi olduğunu qeyd edib: “Sualları tanışlara paylamağınızdan obyektivliyiniz bilindi!”

... Bu hal həqiqətən də media üçün ləkədir! Təhsil Nazirliyi ilə bəzi KİV nümayəndələrinin “işbirliyinin” gələcək jurnalistikanın üz qarası olacağına zəmin yaradan bir yol olduğunu desək, daha dəqiq olar.

Nazirliyin əməkdaşlarından narazı qalan digər bir jurnalist xanım – Ülviyyə İsmayılova da iradını Mediapress.az-a bildirməkdən çəkinmədi:

“Məni ən çox narahat edən məsələ qurumun özü yox, quruma verilən və ya verilməyən suallardır. İlk növbədə jurnalistlər gərək düzgün və əhalini narahat edən sualları versinlər. Və qurum da həmin sualları cavablandırsın.

O ki qaldı quruma, mətbuat konfransına çağırılan jurnalistləri seçmək lazımdır. Əslində, qurum özü maraqlı olmalıdır ki, əhaliyə lazım ola cavab çatdırılsın. Qurumun düzgün imicinin formalaşmasında nazirlik özü maraqlı olmalıdır!”

AFN.az saytının rəhbəri Səbuhi Qafarov isə öz mövqeyini bu cür açıqlayıb:

“Biz də onların qara siyahısındayıq. Qorxurlar ki, məktəblərdə baş verən dilənçiliklər barədə sual verək, nazir də aciz qala suallar qarşısında. Ona görə bizə qarşı düşmən mövqeyindədilər. Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi qanqrena mərhələsindədir. Adamlar ancaq ki, inkar mövqeyindədilər”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov təhsil dalınca ABŞ-a üz tutduğundan üzərinə düşən vəzifəni işçiləri həyata keçirməkdədir. Amma çox yanlış və qeyri-peşəkar tərzdə deyək. Nə üçün?

Əvvəla, mətbuat konfransı — təqdim olunan layihə haqqında KİV-nə faktiki və ya analitik informasiya vermək məqsədilə dövlət, ictimai, siyasi, kommersiya qurumları nümayəndələrinin jurnalistlərlə keçirdiyi görüşdür. Bu görüş jurnalistlərə informasiyanı «birinci əl»dən, səlahiyyətli nyusmeykerlərdən (layihəni rəsmən təqdim edən şəxsdən) almaq, təşkilata isə eyni zamanda bir neçə KİV-nin nümayəndəsi ilə ünsiyyətdə olaraq, informasiyanı təfərrüatı ilə onlara çatdırmaq imkanı verir.

Yaxşı planlaşdırılmamış və zərurət olmadan keçirilən mətbuat konfransı gələcəkdə uğurlu tədbirlərin keçirilməsi imkanını da məhdudlaşdıra bilər. Əgər jurnalistlərin vaxtına hörmət etmirsinizsə, onlara qiymətli informasiya vermirsinizsə, təşkilati baxımdan zəif hazırlaşmışsınızsa, ən əsası, jurnalistlər arasında seçim qoyursunuzsa, hətta "qara siyahı" tutmusunuzsa, o zaman mətbuat da tədbirinizi buna müvafiq qaydada işıqlandıracaq!!!

İnformasiyada yeniliyin olmaması və ya mətbuat konfransının uğursuz təşkili ona gətirib çıxara bilər ki, jurnalistlərin sizin layihənizə marağı itər və onlar gələcəkdə sizin tədbirlərinizə gəlməkdən imtina edərlər.

Mətbuat konfransı keçirmək imkanını nəzərdən keçirərkən obyektiv olmaq lazımdır.

Tədbirinizdə nə qədər çox % təmsil olunubsa, deməli, işləriniz bir o qədər yaxşı gedəcək. Buna görə də redaksiyaları mətbuat konfransı haqqında məlumatlandırmağın təşkilinə xüsusi diqqət yetirin. Bunu telefon, faks, elektron poçtu vasitəsilə də etmək olar. Əgər tələsməyə lüzum yoxdursa, keçirmək istədiyiniz mətbuat konfransı barədə ilk anonsu tədbirdən bir həftə əvvəl verməyiniz məsləhətdir. Münasib olardı ki, seçim etməyəsiniz!!! Bir az diplomatik yanaşma vacibdir (yəni bu günün sabahı da var prinsipi).

Mətbuat konfransının bitməsi ilə PR mütəxəssisinin tədbirlə bağlı işləri sona çatmır. O, konfransın mətbuatda işıqlandırılmasının monitorinqini (buna media-klippinq və ya kontent-analiz də deyirlər) aparmalı, materialları təhlil etməli, jurnalistlərə və redaktorlara öz təşəkkürlərini və ya iradlarını bildirməlidir. Tədbirin materiallarını mövzuya maraq göstərən, lakin konfransa gələ bilməyən jurnalistlərə göndərmək də pis olmazdı. Dəvət etmədiyiniz və ya unutduğunuz redaksiyaları da yada salmanız önəmlidir. Dediyim kimi, bu günün sabahı da var şüarını daima yaddaşda saxlayın.

P.S. Və unutmayın: Bütün yollar KİV-dən keçir. (Könül AYPARA, mediapress.az)
pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar