Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: "Üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşündə iştirak edib.

Bu barədə PİA.az-a XİN-dən məlumat verilib.

Gürcüstanın sədrliyi ilə keçirilən görüşdə çıxış edən nazir C.Bayramov, pandemiya şəraitində GUAM üzv ölkələri ilə əməkdaşlıq, müxtəlif istiqamətlərdə GUAM çərçivəsində layihələrin həyata keçirilməsi, habelə müharibə sonrası bölgədə mövcud olan vəziyyət barədə həmkarlarına məlumat verib.

Çıxışda aşağıdakı əsas məqamlar səsləndirilib:

GUAM çərçivəsində müxtəlif istiqamətlər, o cümlədən azad ticarət zonası, konsulluq, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyət kəsb edir. Azərbaycan, GUAM Nəqliyyat Dəhlizi layihəsinin Şərq ilə Qərb arasında nəqliyyat və ticarətin əsas elementi kimi nəzərdən keçirir və bu layihənin reallaşmasını dəstəkləyir.

GUAM çərçivəsində parlament ölçüsü əməkdaşlığın əhəmiyyətli tərkib hissəsini təşkil edir və üzv ölkələrin parlamentarları arasında əməkdaşlığın genişləndirilməsi önəmlidir.

AzərbaycanErmənistan arasında münaqişəyə son qoyulması ilə Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Hazırkı mərhələdə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir. İnanırıq ki, sözügedən bəyanatlara uyğun olaraq nəqliyyat vasitələrinin bərpa edilməsi regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsində müsbət rol oynayacaq və bizim bütün tərəfdaşlarımızın xeyrinə bölgədə ticarət və nəqliyyatı əhəmiyyətli şəkildə artıracaqdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilir. Bu işlər nəticəsində azərbaycanlı məcburi köçkünlər öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönəcəklər.

GUAM üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə Protokol imzalanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar