Şənbə, 16 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb

Yanvarın 13-də Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar.

Nazir Şah Mahmud Qureşi Azırbaycan torpaqlarının qanunsuz işğaldan azad olunması münadibətilə təbriklərini çatdırıb və Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini ifadə edib. İslamabadda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında regionda əməkdaşlığın daha da inkişaf etdirilməsi qətiyyətinin bariz nümunəsi olduğunu bildirib.

Nazir Ceyhun Bayramov dost Pakistan hökumətinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi, o cümlədən Pakistan Xalqı tərəfindən nümayiş etdirilən qətiyyətli dəstəyi məmnunluqla vurğulayıb. Vətən müharibəsi dövründə bu prinsipial mövqe birmənalı şəkildə ifadə olunduğu üçün qarşı tərəfə təşəkkür bildirilib. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin ikinci görüşünə uğurla ev sahibliyi etdiyinə görə Pakistanlı həmkarına minnətdarlıq bildirilib.

Nazirlər, habelə ikitərəfli münasibətlərin bir çox aspektləri o cümlədən, ticarət, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya getdi - Video

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi direktor danışdı

Rusiya ilə Türkiyə arasında uçurum var... - Türkiyə niyə Minsk qrupunun bərpasını gündəmə gətirir?

“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir” - Prezident

“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas 

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ - Rasim Balayev

Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxardacaq? - Keçmiş xarici işlər naziri açıqladı

loading...

Ən çox oxunanalar