Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Pakistan Prezidentilə görüşüb

Pakistana rəsmi səfəri çərçivəsində yanvarın 14-də xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Pakistan Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb və Azərbaycan dövlət başçısını Pakistanda görməkdən məmnunluq duyacağını bildirib. O, Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrik edib.

Arif Alvi Qoşulma Hərəkatının Bakıda keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirakını və bu zaman Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü xatırlayaraq, Azərbaycan dövlət başçısının uzaqgörən siyasətçi olduğunu xüsusilə vurğulayıb.

Hər iki ölkənin regional münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında həllinə dair mövqeləri və bu xüsusda nümayiş olunan qarşılıqlı dəstək qeyd olunub. Pakistan Prezidenti həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistan dövlət başçısının diqqətinə çatdırıb. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi vurğulayan nazir, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş ölkə Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq norma və prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllini dəstəklədiyi və İslam Əməkdaşlıq Təşkilatının müvafiq kontakt qrupu çərçivəsində iştirakımız qeyd olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və reabilitasiya işlərinin həyata keçirilməsindən bəhs edən nazir Ceyhun Bayramov hazırkı mərhələdə dost ölkələrin bu fəaliyyətə cəlb oluna biləcəyini qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qətiyyətli olduqlarını ifadə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar