Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tvitter hesabında paylaşım edib.
PİA.az-ın məlumatına görə, paylaşımda deyilir:
“30 il bundan öncə, 18 oktyabr tarixində, Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşən Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edirəm. Yaşasın müstəqil Azərbaycan!”.
pia.az