Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov İsveç Krallığının yeni səfirini qəbul edib

Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C. Bayramov səfir Kristian Kamili təyinatı münasibətilə təbrik edərək, İsveçin Azərbaycandakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Kristian Kamill ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söyləyib. O, diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və İsveç arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də çoxtərəfli platformalarda fəal təmsilçilik və təmaslar barədə fikir mübadiləsi aparılıb. İsveç Krallığının 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirməsi ərəfəsində İsveç Xarici İşlər nazirinin, həmçinin ikitərəfli məsələləri müzakirə etmək məqsədilə bölgəyə səfərinin həyata keçirilməsinin nəzərdən keçirildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov İsveç səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Ermənistanın iki dövlətin sərhədində törətdiyi cari ilin 12-16 iyul hərbi təxribatı və bu ölkə rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən addımları, son zamanlar geniş silahlanmanı həyata keçirən Ermənistanın təxribatçı fəaliyyətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə qəti ismarışlarının verilməsinin zəruriliyi barədə ətraflı məlumat verdi. Nazir, İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında təhlükəsizliyə başlıca təhdid olan bu münaqişənin həlli məsələsinin gündəlikdə saxlanmasının vacibliyini ifadə edib.

Səfir Kristian Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar