Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: "Ermənistan terrorçu diversantları "hərbi əsir" kimi qələmə verir"

"Azad olunmuş ərazilər Ermənistan tərəfindən ağır şəkildə minalanıb və Ermənistan minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycana təqdim etməkdən imtina edir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Nazir İtaliya parlamentarilərinə münaqişə sonrası bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında beynəlxalq hüquq prinsiplərinə ciddi hörmət əsasında münasibətlərin normallaşdırılması imkanları barədə məlumat verib.

C.Bayramov üçtərəfli bəyanatların icrasına təhlükə törədən və narahatlıq doğuran məsələləri də qarşı tərəfin diqqətinə çatdırıb və bu xüsusda, Ermənistanın birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu diversant qüvvələri göndərməsi, Azərbaycanın hərbçiləri və mülki şəxsini qətlə yetirən bu qrupun üzvlərinin zərərsizləşdirildiyi və hazırda onlarla bağlı cinayət işinin aparıldığı, Ermənistanın tərəfinin əsassız şəkildə bu şəxsləri “hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürdüyünü qeyd edib.

Bəzi Avropa parlamentarilərinin məsələnin mahiyyətinə varmadan və Azərbaycan tərəfindən təqdim edilən faktlara rəğmən, bu mövzuda tamamilə əsassız çağırışlar irəli sürüdüyünü qeyd edən nazir, İtaliyanın simasında dost ölkələrin nümayəndələri vasitəsilə beynəlxalq ictimaiyyətin bu məsələdə dürüst şəkildə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar