Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə erməni terrorunu müzakirə edib

19 oktyabr 2020-ci il tarixində qarşı tərəfin təşəbbüsü əsasında Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı baş tutub.

Bu barədə XİN-dən açıqlama verilib.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib.

O, Ermənistan silahlı qüvvələrinin ikinci humanitar atəşkəsə baxmayaraq, ötən gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın GədəbəyTovuz rayonlarını atəşə tutduğunu, eləcə də gün ərzində Tərtər bölgəsində yerləşən pambıq emalı zavodu daxil olmaqla mülki infrastrukturu atəşə tutduğunu bildirdi. Nazir Ceyhun Bayramov Azərbaycanın Gəncə şəhərinə Ermənistan tərəfindən edilən raket hücumu və mülki şəxslərin hədəf alınmasını müharibə cinayəti olduğunu və Ermənistan rəhbərliyinin bu cinayətə görə məsuliyyət daşıdığını vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli mülki şəxslərin həyatını itirməsi ilə əlaqədar görə Azərbaycana başsağlığını ifadə etdi. O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin məqsədyönlü şəkildə raket atəşinə tutulmasını qəti şəkildə pislədi və mülki şəxslərin və infrastrukturun hədəf almağın qəbuledilməz olduğunu vurğuladı. Darxan Kıdırəli münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyi üçün Beynəlxalq Türk Akademiyasının prezidentinə təşəkkürünü bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar