Bazar, 19 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə danışıb

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub.

XİN-dən PİA.az-a verilən məlumata görə, tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

C.Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində təxribatlar törədildiyi, bunun nəticəsində 23 iyul tarixində bir azərbaycanlı hərbi qulluqçunun şəhid olduğu, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralandığı barədə məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi təxribatlara cavab tədbirləri həyata keçirdiyi və Azərbaycanın beynəlxalq sərhədlərini qoruduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.

Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı və bu məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğu Aİ xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq rəisin evindən 1,4 milyon aparmaq istədilər - Planı arvadı qurub?

Orda oturmaq üçün zalım olmağın dozası nə qədərdir?..

Ceyran Rəhimova sükutu pozdu: “Hazırda efir kriteriyaları mənə uyğun deyil” 

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədri

Sabiq nazir müavini kimdən nə qədər rüşvət alıb? – Məbləğlər

Nəriman Abbasovun Həbib Nurməhəmmədova müraciətinin səbəbi bilindi - Video

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - Açıqlama

İdarə rəisinin evindən 1.4 milyon manat necə oğurlanıb?

“Lotu Quli”nin qəbri üstündə qətl - İstintaqa elə ifadə verdi ki...

Boğazı üzülən şəxs həyata qaytarıldı: Bakıda unikal əməliyyat - Video

Ən çox oxunanalar