Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çevriliş, yoxsa inqilab? - Fransa Malidə məğlub oldu...

Fransa Afrikadakı keçmiş müstəmləkələri üzərində azalan təsirini qorumaq üçün mübarizə aparır...

Ali Rza Taşdelen
“Yeni Şafak” qəzeti, Türkiyə, 31 avqust 2020-ci il

Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən biri olan Malidə hərbi çevriliş olduğu hər kəsə məlumdur. Təəssüf ki, Fransadan azad olan Afrika ölkələri hələ tam xilas ola bilməmişdilər. Fransa keçmiş müstəmləkələrinin uran, qızıl, almaz və dəmir kimi zəngin sərvətlərini talan etməyə davam edirdi. Həm də bu ölkələrdəki maraqları təhlükə altında qaldığı zaman Fransa saxta seçkilərlə, hərbi çevrilişlərlə iqtidarları dəyişirdi. Bu yollarla uğur qazana bilmədikdə isə birbaşa işğal edirdi.

Suriyada və Liviyada olduğu kimi terror təşkilatlarını dəstəkləyir, daxili xaos yaradır, və bu bəhanə ilə həmin ölkələrə hərbi müdaxilələr edir, əsgər toplayır, bazalar qururdu. Bütün bunlar Fil Dişi Sahillərində, Mərkəzi Afrika Respublikasında və Malidə baş verib.

Afrikada ABŞ-Fransa ortalığı

Fransa Afrikadakı keçmiş müstəmləkələri üzərində azalan təsirini qorumaq üçün mübarizə aparır. Son illərdə Afrika ilə ticarət əlaqələri azalıb və siyasi nüfuzu zəifləyib. Keçmiş müstəmləkələri olan Seneqal, Fil Dişi Sahili, Mərkəzi Afrika, Qabon və Çadda hərbi bazaları və Afrikadakı ümumilikdə 9 min əsgəri var.

Son 10 ildə çevrilişlər və işğallar da çoxalıb. İqtidara gətirdikləri hökumətlər bir müddət sonra istiqamətlərinj dəyişdirir, Asiyaya, xüsusən də Çin və Rusiyaya üz tuturlar. Xüsusilə Çin ABŞ və Fransanın Afrikadakı kabusuna çevrilib. Lakin Fransa ilə ABŞ-ın Afrikadakı maraqları toqquşur. Ancaq ABŞ Çinin inkişafının qarşısını almaq üçün müəyyən planların içində rol alıb. ABŞ-ın dəstəyi ilə Fransa Fil Dişi Sahilinə və Liviyaya hərbi hücumlarda önə keçmişdi. Sonra yenidən ABŞ-ın dəstəyi ilə Fransa Maliyə də hücum edib.

Dəstəklədikləri terror təşkilatlarını təmizləmək bəhanəsi ilə Malinin şimalında məskunlaşan fransız əsgərləri bölgənin PKK-sı olan, şimaldakı separatçı Azavad Milli Azadlıq Hərəkatını da (MNLA) təhrik edirlər. Malinin şimalında yaşayan Tuareqlər bölgədə müstəqil bir Azavad dövləti qurmaq üçün mübarizə aparırlar.

ABŞ və Fransa illərdir göz yumduqları, silahlandırdıqları və dəstəklədikləri qüvvələrin müharibə mühitinə cəlb edilməsini təmin edərək yeni düşmən modeli yaratmaqla müdaxilələrini qanuniləşdirməyə çalışırdılar.

Çevriliş, yoxsa inqilab?

Avqustun 18-də bir qrup kiçik rütbəli əsgər Fransanın təşəbbüsündən kənar olaraq idarəni ələ keçirdiyi üçün “Malidə çevriliş baş verir, yoxsa inqilab?” sualı verilməyə başlandı. Bu sualın verilməsinin səbəbi, təbii ki, təkcə əsgərlərin Qərb əleyhinə olmaları ilə bağlı deyildi.

Aylardır hökumətə qarşı davam edən nümayişlərə rəhbərlik edən M5-RFP “5 İyun Hərəkatı - Vətənpərvər Qüvvələr Birliyi” əsgərlərin hökuməti ələ keçirməsini dəstəklədilər. Görünür, Qərbə qarşı çıxan, Çin və Rusiya ilə dost olan bir ordu-millət birlik meydana gəlib. Müxalifət bu dəfə də əsgərləri dəstəkləyən nümayişlər təşkil edib. Hakimiyyəti ələ keçirən Hərbi Hava Qüvvələri Komandanının müavini olan Polkovnik İsmayıl Veq də nümayişlərdə çıxış edib: “Biz sizinlə olduğumuz üçün məmnunuq və dəstəyiniz üçün təşəkkür edirik. Bizim mübarizəmizin məqsədi əvvəldən bəri sizin mübarizənizi başa çatdırmaq idi”.

Nümayişçilərin daşıdıqları pankartlarda “Bu bir çevriliş deyil, xalq inqilabıdır”, “Malidə Fransız soyqırımına yox”, “Çin və Rusiya, dəstəyiniz üçün təşəkkürlər, Fransaya və müttəfiqlərinə ölüm”, “Yaşasın M5, yaşasın ordu, yaşasın Mali” və s. kimi şüarlar yazılmışdı.

Fransının beyin ölümü

Görünən odur ki, Malidəki son hadisələr zəngin sərvətlərə sahib olan, lakin kasıb vəziyyətdə yaşayan Afrika ölkələri üçün bir ümid işığı olacaq. Tərəflər aydın görünür: bir tərəfdə ABŞ, AB və ilk növbədə Fransa əsgərlərin hakimiyyəti ələ keçirməsinə kəskin şəkildə qarşı çıxarkən, digər tərəfdə də Çin və Rusiya kimi Avrasiya ölkələri BMT Təhlükəsizlik Şurasında Maliyə qarşı irəli sürülən sanksiya təklifinə veto qoyublar.

Qonşu ölkələrin vətənpərvər partiyalarından da sevincli və dəstək verən açıqlamalar gəlir. Seneqal Dəyərlərinin Bərpası üçün Birlik Partiyasının rəhbəri Məhəmməd Diallo da bir açıqlamasında deyib: “Fransa Sahel bölgəsində qısa zamanda beyin ölümü ilə qarşı-qarşıya qalıb. Malidəki nəzərlər keçmiş ortaqları olan Rusiyaya çevrilib. Qarşılarındakı cahil əsgərlər deyil. Geosiyasi təhlil etməyi bacaran bir komanda var”.

Ən əsası isə şimal qonşusu Əlcəzairdən Xarici işlər naziri Sabri Bukadumun başçılıq etdiyi nümayəndə heyəti paytaxt Bamakoda Xalqın Qurtuluşu Milli Komitəsinin (CNSP) komandirləri ilə görüş keçirib. Bukadum deyib: “Əlcəzayir həmişə olduğu kimi, bu xüsusi şərtlərdə də Malinin yanındadır”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar