Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqazda NATO macəraları - Araşdırma

Gürcüstanın ərazi bütövlüyü xülyası, Ermənistanın iki kürsüdə oturmaq eşqi...

Mira Həsənova

regnum.ru, 05.04.2019

NATO-Gürcüstanın Tiflis yaxınlığında təlimlərə vəı hərbi qurumlara dəstək Mərkəzinin ərazisində Birgə məşq və dəyərləndirmə mərkəzində keçirilən NATO-Gürcüstan komanda-qərargah təlimləri martın 29-da başa çatıb. Lakin Şimali Atlantika Alyansının Rusiya sərhədləri yanında bu ötkəm demarşının ətrafındakı ehtiraslar indiyədək səngimir. Xüsusən ABŞ-ın NATO-dakı daimi təmsilçisi Key Beyli Hatçison NATO-nun Qara dəniz təlimləri bitəndən sonra Ukrayna gəmilərinin Kerç boğazından təhlükəsiz keçidini təmin etmək üçün alyansın tədbirlər görmək niyyətini bəyan edib ki, bu da Moskvada kəskin mənfi qıcıq doğurub. O həddə qədər ki, Dövlət Dumasında alyansın Rusiyanın Qara dənizdəki fəaliyyətinə qarşı tədbirlər zərfi qəbul etmək niyyətinə “yeni Karib böhranı”nın əlaməti kimi baxıblar.

Amma buna baxmayaraq, NATO baş katibi Yens Stoltenberq bildirib ki, alyans ölkələri Qara dənizdə Ukraynaya dəstək tədbirləri zərfini uzlaşdırıb. O göstərib ki, söhbət özəlliklə gəmilərin Ukrayna limanlarına girişi, HDQ-nin təlimləri və məlumat mübadiləsindən gedir. Dəqiqləşdirilir ki, oxşar dəstək Gürcüstana da veriləcək. Biz artıq demişik ki, NATO Gürcüstana bu bölgədə kollektiv müdafiənin ən önəmli tərkib həlqələrindən biri kimi baxır. Alyans Ukraynadakı münaqişə ilə bağlı Qara dənizdə iştirakı gücləndirərək, bununla yanaşı, Tiflisi öz planlarına daxil edir. Təsadüfi deyil ki, NATO-nun yeni konsepsiyasında Qara dənizdə Gürcüstana özəl yer ayrılıb. Stoltenberqin Gürcüstan baş naziri Mamuka Baxtadze ilə danışıqlarının gedişində Qara dənizdə sahil mühafizəsinin hazırlanmasını da nəzərdə tutan əməkdaşlıq əsas mövzulardan biri olub.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun hesab etdiyi kimi, Tiflis NATO ilə işbirliyinə öz təhlükəsizliyinin təminatı kontekstində yanaşır. Keçmiş nazir axar.az portalına bildirib ki, Gürcüstan qarşısında duran hərbi-siyasi vəzifələrin əsası “ərazi bütövlüyünün bərpası və ərazisini işğal etmiş təcavüzkara qarşı durmaqdır”. Və “bu kontekstdə Gürcüstanın müdafiə imkanları yetərli deyil, buna görə də Tiflis bunun yerini doldurmaq üçün NATO ilə fəal əməkdaşlıq edir və bu hərbi-siyasi blokun üzvü olmağa can atır”.

Bu, Cənubi Qafqazın başqa respublikalarına da aiddir. Zülfüqarov qeyd edib – Cənubi Qafqaz dövlətlərinin siyasətinin hərbi-siyasi aspektinin hansı yöndə inkişaf edəcəyinin nümunəvi perspektivlərini qurmaqdan ötrü bu dövlətlərin üzləşdiyi çağırışa və təhdidlər kompleksinə göz yetirmək gərəkdir.

Ermənistanla bağlı halda nəzərə almaq gərəkir ki, o, başqa hərbi-siyasi blokun – KTMT-nin üzvüdür, onun hərbi-siyasi vəzifələri, hər şeydən qabaq, Dağlıq Qarabağ münaqişəsinə bağlıdır, yəni Ermənistan Respublikasının silahlı qüvvələri “Azərbaycan Respublikasının ərazilərini işğal altında saxlayır”. Onlar çox gözəl anlayırlar ki, xeyli il ərzində gedən nəticəsiz danışıqlar Bakını “işğal edilmiş əraziləri azad etmək və yüz minlərlə köçkün şəxsin doğma ocaqlarına qayıdışı” üçün güc işlətməyə vadar edir. Azərbaycana qarşı durmaq üçün Ermənistanın müdafiə bacarığı aşkarca yetərli deyil, İrəvan buna görə də indiki status-kvonu təmin etmək üçün Rusiyanın təhlükəsizlik çətiri və zəmanətindən yararlanır.

Lakin Ermənistanın o cümlədən Qərbin müəyyən siyasi çevrələrinin də yardımıyla hakimiyyətə gəlmiş yeni rəhbərliyinin inteqrasiya olunmaq və Qərb cəmiyyətinin bir hissəsi olmaq, yəni özünün geopolitik yönünü əvəzləmək arzusunu bəyan etdiyi durum formalaşır. Bu durumda Ermənistanın təhlükəsizliyini Rusiya və KTMT-nin təmin etməli olduğu, özünün isə eyni zamanda Qərb blokunun tərkib hissəsi olacağı necəsə bir ikiləşmə meydana çıxır. Keçmiş nazir nəticəyə gəlib: “Aydındır ki, belə bir durum mümkün deyil və bu ölkənin təhlükləsizliyinə əsas çağırışlar da buradan meydana çıxır”.

Azərbaycana gəlincə, onun fikrincə, Cənubi Qafqazın üç dövlətindən yeganəsidir ki, özünün müdafiə vəzifələrini yerinə yuetirmək üçün həm maliyyə, həm siyasi, həm də demoqrafik imkanlara sahibdir. Zülfüqarov deyib: “Azərbaycan buna görə də indiki halda özünün blokdan kənarlığını bəyan edir, NATO, ya da KTMT üzvü olmağa can atmır, çünki çox gözəl dərk edir ki, bu təşkilatlara üzvlük ona, ola bilsin, əsas hərbi-siyasi vəzifəsini – ölkənin ərazi bütövlüyünün bərpası və köçkünlərin və qaçqınların öz evlərinə qayıtması üçün əngəl olacaq müəyyən çərçivələr qoyar”.

Biz REGNUM İA-nın səhifələrində martın 26-da dərc edilmiş “NATO Cənubi Qafqazdadır. Bəs Cənubi Qafqaz haradadır?” məqaləsində eyni şeyi, amma bir qədər başqa ifadələrlə iddia etmişdik (bax: http://strateq.az/manshet/332378/nato-artiq-c%C9%99nubi-qafqazdadir.html). Bəs niyə Qarabağ politoloqlarından biri Ermənistanın yeni hakimiyyətinin Qərbyönlü meyli haqda bu məqalədə səsləndirilmiş hamıya bəlli aksiomanı böhtan sayır?

Onda nədən əksini sübut etməyə başlayaraq Rusiyaya əbədi sevgi və sədaqət andı içir? Bu o qədər aydın deyil. Uzaq 1987-ci ildə keçmiş SSRİ-də ilkin olaraq ermənilər Qarabağda “separatçı milli-azadlıq hərəkatı” törədərək bundan doğan bütün nəticələrlə “azad respublikaların sarsılmaz ittifaqı”nın altına bombanı qoymadılarmı? Haçanınsa ən güclü dövlətində, filankəsin indi sadiqlik andı içdiyi və nəticələri hələ də qazıyan Rusiyanın hüquqi varis olduğu bir dövlətdə mərkəzdənqaçma səylərini yayan onlar olmadılarmı? Müəllifin göydən alınma bütün dəlillərini təkzib etməyə ehtiyac yoxdur, təkcə söyləmək yetər ki, ABŞ-ın dünyada həcm və sayca ikinci ən böyük səfirliyi məhz əhalisi üç milyondan da az olan Ermənistanda yerləşir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın milyarder Corc Sorosun adını çəkərək Ermənistana başçılıq edən yeni komandanı “Sorosun, təəssüf ki, Rusiyanı və mədəniyyətini pis tanıyan və anlayan yetişdirmələri”ni xatırlatdığı bu yaxınlardakı müsahibəsini yada salmaq yetər.

Tərcümə Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar