Qəzanın baş vermə səbəbləri məlum deyil
Cənubi Koreyada vertolyot qəzaya uğrayıb.
Qəza nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Qəzaya uğrayan Кa-32 vertolyotunun meşə yanğınlarının söndürülməsi üçün istifadə olunduğu bildirilir. 1997-ci il Rusiya istehsalı olan vertolyotun göyərtəsində ümumilikdə 3 nəfərin olduğu bildirilir.
Məlumata görə, vertolyot yanğını söndürmək üçün su götürməyə enərkən çaya düşüb.
Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma başlayıb. (Trend)
pia.az