Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Azərbaycanın milli lideri İran məhkəməsini ittiham edib

Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə,İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib...

Turan agentliyinin məlumatına görə,Cənubi Azərbaycan mili hərəkatının liderlərindən biri olan Abbas Lisani Ərdəbil şəhərində keçirilən apelyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib.

Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsində Abbas Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.

Məhkəmənin son söz verdiyi Abbas Lisani deyib:"Hökm ömür boyu və hətta edam da olsa,öz fikirlərimdən zərrə qədər də vaz keçmərəm.Əgər həqiqətən ədalətiniz varsa,bu qapıları açın,xalq və dünya bu məhkəməni görsün.Azərbaycan milli hərəkatı göbələk kimi yerdən çıxmayıb.Ən azı 1 əsrdən bəri Türk millətinə qarşı həyata keçirilən zülmün və ayrı-seçkiliklərin nəticəsində meydana çıxıb.Buna görə hər bir Azərbaycan Türkü bu ayrı-seçkiliyə öz reaksiyasını demokratik yollardan göstərməkdə tamamilə haqlıdır.Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaqdır"

Appelyasiya məhkəməsi hökmün oxunacağına dair hər hansı tarix elan etməyib.

Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə,İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib.

pia.az


Etiket: Abbas Lisani


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar