Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Amerikanın yeddi ölkəsi saziş imzalayıb

Cənubi Amerikanın yeddi ölkəsi Amazon meşələrinin mühafizəsi və onların məhv olma səbəblərinə qarşı birgə mübarizə ilə bağlı razılığa gəlib

Müvafiq saziş sentyabrın 6-da Kolumbiyanın Letisiya şəhərində imzalanıb.

Kolumbiya Prezidenti İvan Duke sazişi imzalayan ölkələrin, eyni zamanda, meşələrin məhv olmasına, o cümlədən faydalı qazıntıların qanunsuz hasilatı, narkotik vasitələrin ticarəti və kənd təsərrüfatı sahələrinin qeyri-qanuni genişləndirilməsinə qarşı birlikdə mübarizə aparmaq barədə razılığa gəldiklərini bildirib.

Saziş Kolumbiya, Ekvador, Peru və Boliviya prezidentləri, həmçinin Braziliya, Qayana və Surinam nümayəndələri tərəfindən imzalanıb.

Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatına əsasən, bu ilin ilk yeddi ayı ərzində yanğınlar dünyanın ağ ciyəri sayılan Amazon meşələrinin Braziliya ərazisində yerləşən 1,8 milyon hektarını – biom ərazisinin təxminən 0,44 faizini məhv edib. Miqyaslı meşə yanğınları, həmçinin Boliviya və Paraqvayda da qeydə alınıb. (azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar