Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Cenevrə gölü sahilində qəsr, 63 milyon dollara...- Nazarbayevlərin daha bir mülkü

Qazaxıstanın yeri hazırda bəlli olmayan keçmiş prezidenti və “Elbası” Nursultan Nazarbayevin qızı Dinara Kulibayevanın İsveçrədə qəsri üzə çıxıb. Bu haqda İsveçrənin “Bilan” jurnalı yazır və bildirir ki, Dinara Cenevrə gölü sahilindəki “Chateau Bellerive” qəsrini 63 milyon dollara alıb.

Qəsrin maraqlı tarixçəsi var. XVII əsrin ortalarında onu Savoya hersoqu Karl Emmanuil II Cenevrə gölü ilə daşınan duza tətbiq edilən verginin artırılmasına cavab olaraq inşa etməyə başlayıb. Hersoq duz saxlamaq üçün anbar tikib, amma mahiyyətcə bu qala idi, Cenevrə hakimiyyəti isə o zaman gölün sahilində qala tikilməsini qadağan etmişdi.

Bu səbəbdən Savoya və Cenevrə hersoqluğu arasında illərlə davam edən münaqişə yarandı. Hersoqun ölümündən sonra onun varisləri güzəştə gediblər və layihəni sadələşdiriblər. Belə ki, altı qüllənin əvəzində ikisini saxlayıblar və tikili qala görkəmini itirib.

Qəsr İsveçrənin ən prestijli məkanlarından birində, Cenevrə gölü sahilindəki Kollonj-Belriv kommunasında yerləşir. O, İsveçrənin mədəni irs abidələri siyahısına salınıb. XIX əsrin ortalarından etibarən qəsr özəl mülkiyyətə keçib. Bu yaxınlaradək qəsr BMT-nin qaçqınların işi üzrə ali komissarı olmuş Sadruddin Ağa xana məxsus idi.

Qəsr hələ üç il əvvəl satışa çıxarılmışdı və sahibləri onu 120 milyon franka satmağa hazırlaşırdılar. Lakin belə görünür ki, Dinara Kulibayeva onu çox sərfəli qiymətə alıb-cəmi 62 milyona. Ümumiyyətlə isə Dinara Cenevrədə 2011-ci ildən məskunlaşıb, o zaman həmin şəhərdəki ən bahalı villanı biznesmen Rüstəm Aksenonkadan 75 milyon franka alıb. Həmin villa da Cenevrə gölü sahilində, Anyer kommunasında yerləşir.

Bundan əvvəl “The Sunday Telegraph” yazmışdı ki, Nazarbayevin kiçik qızı Aliya 2006-cı ildə Londonda özünə malikanə alıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

Avropanın “sanksiya fırıldağı”: Almaniya və İtaliya Rusiyadan qaz almaq üçün rublla hesablar açmağa icazə verdi

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - Yenilənib

Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlandı

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Ölkəni bürüyən “Poz Qazan” fırtınası... - Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?

Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Ən çox oxunanalar