Çərşənbə axşamı, 20 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

Avrokuboklarda yeni mövsümün ilk püşkatması keçirilib

Çempionlar Liqasının ilkin mərhələsinin cütləri bəlli olub.

Avropanın ən aşağı reytinqli 4 liqasının çempionu püşk nəticəsində iki cütlük təşkil edib. Bu raundda yarımfinalın iki görüşü və final qarşılaşması Kosovonun Priştina şəhərindəki Fadil Vokkri stadionunda baş tutacaq.

Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
25 iyun
1. “Feronikeli” (Kosovo) - “Linkoln” (Cəbəllütariq)
2. “Tre Penne” (San-Marino) - “Santa Koloma” (Andorra)

Final
28 iyun
1-ci cütün qalibi – 2-ci cütün qalibi

Qeyd edək ki, mərhələnin qalibi Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran üç komanda isə çıxışını Avropa Liqasında davam etdirəcək.

pia.az


Şərh yazın.

loading...