Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - Yenilənib

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

PİA.az-ın məlumatına görə, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olub. "Groupama Arena"da keçirilən və ispaniyalı FIFA referisi Karlos del Serronun idarə etdiyi görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan Ağdam klubu 2-ci dəqiqədə Ramil Şeydayevlə qola yaxın olub. Lakin 26 yaşlı hücumçunun zərbəsi qapının üstündən keçib. Buna baxmayaraq, “Qarabağ” 5 dəqiqə sonra istəyinə çatıb. Rəqibi əks-hücumda yaxalayan qonaqlar Abdullah Zubirin qolu ilə hesabı açıblar. Fransalı yarımmüdafiəçi Kadi Borgesin məhsuldar ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Buraxılan qoldan sonra təzyiqi artıran meydan sahibləri 9-cu dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Amma Eldar Çiviçin başla vurduğu topu Şahruddin Məhəmmədəliyev tutub. Ardınca isə qolkiper təqribən eyni epizodda bu dəfə Kristofer Zakariasenin fərqlənməsinə mane olub. 30-cu dəqiqədə Azərbaycan millisinin qapıçısı növbəti dəfə diqqət mərkəzinə düşüb. O, Tokmak Nquenlə üzbəüz epizodda komandasını qoldan xilas edib. 32-ci dəqiqədə Zubir yaxın küncü dəqiq nişan alsa da, Deneş Dibus qola mane olub. 44-cü dəqiqədə əvvəlcə Zubir, ardınca isə Borges qapıçı səddini keçə bilməyib və ilk hissə “Qarabağ”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci yarıya da əla start verən “köhlən atlar” 49-cu dəqiqədə rəqibə təhlükə yaşadıb. Amma Kadi Borgesin zərbəsində azacıq dəqiqlik çatmayıb. 55-ci dəqiqədə isə Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci qolu “Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsini İbrahima Vadji tora göndərib. 59-cu dəqiqədə Məhəmmədəliyev Nquenin hesab arasındakı fərqi azaltmasına imkan verməyib. 65-ci dəqiqədə Riçard Almeydanın zərbəsi rəqib müdafiəçiyə dəyib istiqamətini dəyişsə də, Dibus barmaqlarının ucu ilə topu küncə çıxarıb. Hücumun davamında künc nöqtəsindən ötürülən topa Vadji başla zərbə endirib. Lakin top qapı dirindən meydanı tərk edib. 75-ci dəqiqədə Vadjinin dubl etməsinin qarşısını müdafiəçilər alıblar. Buna baxmayaraq, seneqallı forvard 3 dəqiqə baxımlı hücumu məntiqi sonluqla başa çatdırıb. 27 yaşlı hücumçu Şeydayevin ötürməsini qapıdan keçirib. 83-cü dəqiqədə meydanda insident baş verib. "köhlən atlar"ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb. Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib. Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib. 86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb.

Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab arasındakı fərq azalıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 86-cı dəqiqəsində Traore fərqi azaldan qola imza atıb.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab arasındakı fərq artıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 78-ci dəqiqəsində İbrahima Vadci dublunu rəsmiləşdirib.

Hücumçu fərqi üç topa çatdırıb.

***

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, "köhlən atlar"ın hücumçusu İbrahima Vadji hesab arasındakı fərqi artırıb - 2:0.

***

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, "köhlən atlar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb - 1:0.

***
Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 7-ci dəqiqədə Abdullah Zubir "köhlən atlar"ı önə keçirib.

***

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ferentsvaroş” və “Qarabağ” arasındakı matç start götürüb.

Qarşılaşmada ilk hissə davam edir. Hesab açılmayıb.

***

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni

Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş

Baş məşqçi: Stanislav Çerçesov

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Groupama Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar