Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Matçda əla başlayan “köhlən atlar” 3-cü dəqiqədə hesabı açmağa yaxın olub. Lakin qonaqların qapıçısı Yindrjix Stanek ardıcıl 3 epizodda əvvəl Marko Veşoviçin, ardınca isə Marko Yankoviç və Bədavi Hüseynovun zərbəsini dəf edib. Cəmi 5 dəqiqə sonra Veşoviçin sağ cinahdan iti ötürməsinə Abdullah Zubir toxuna bilməyib. 21-ci dəqiqədə rəqibin küc zərbəsi zamanı Ağdam klubunun futbolçuları topu qapı xəttindən çıxarıblar. 23-cü dəqiqədə meydanda insident baş verib. Qonaqların futbolçusu Con Moskera Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb. Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb. 27-ci dəqiqədə rəqibi əks hücumda yaxalayan Zubir bir ötürmə ilə Vadjini qolkiperlə təkbətək qoysa da, seneqallı forvardın zərbəsini Stanek ayaqları ilə çıxarıb. 34-cü dəqiqədə Plzen təmsilçisindən Pavel Buxa yaxın məsafədən topu qapıdan keçirə bilməyib. 42-ci dəqiqədə Ramil Şeydayevin zərbəsi zəif alındığından, qapıçı topu asanlıqla tutub. 45-ci dəqiqədə Toral Bayramov iti bucaq altından qapını nişan alsa da, hədəfdən yayınıb. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

İkinci yarıda da üstünlük “Qarabağ”ın tərəfində olub. Bunun məntiqi nəticəsi kimi, 47-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsi qapının üstündən keçib. Zubir 58 və 62-ci dəqiqələrdə qapı istiqamətində zərbə endirsə də, qolkiper hesabın açılmasına imkan verməyib. 73-cü dəqiqədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2 oyunçu dəyişikiyinə əl atıb. O, passivlərində sarı vərəqələri olan Yankoviçi Riçard Almeyda ilə, Vadjini isə Kvabena Ovusu ilə əvəzləyib. 75-ci dəqiqədə Vatslav Yemelkanın zərbəsində dəqiqlik çatmayıb. 83-cü dəqiqədə ikinci hissədə meydana daxil olan Filip ozobiçin qüvvətli zərbəsini Stanek çətinliklə dəf edib. 88-ci dəqiqədə Kadi Borgesin vurduğu top tirin üstündən keçib. Beləliklə, ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

İLk hissədən sonra görüşdə hesab açılmayıb.

***

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

***

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar