Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmiyyətimizin ziddiyyəti: Məmurların dövlətə sədaqəti və vergi qaçaqçılıqları...

Hər fürsətdə dövlətə və hakimiyyətə sədaqətli olduqlarını vurğulayan məmurlar dövlətə bu və ya digər yollarla külli miqdarda ziyan vurmaq üçün bütün resurslarından istifadə edirlər...

Ekspert: “Bizdə problem odur ki, şirkət yaradanlar, yəni təsisçilər şirkətin öhdəliklərinə görə məsuliyyət daşımır”.

“Birinci növbədə bizdə qanunvericilikdə problem var və aşağıda sadalayacağım bu problemlər, daha doğrusu boşluqlar ortadan qaldırılmalıdır. Eyni zamanda dövlət qurumlarının, xüsusən də vergi xidmətinin fəaliyyətində olan qüsurlar nəticəsində belə hallar ortaya çıxır”.

Bu sözləri iqtisadi sahə üzrə hüquqşünas Əkrəm Həsənov qısa müddət ərzində fəaliyyət göstərək dövlətə külli miqdarda vergi borcu yaradan və sonra yoxan çıxan şirkətlərlə bağlı hüquqi vəziyyəti PİA.az-a şərh edərkən bildirib.

Qeyd edək ki, dünən yerli mətbuatda yayılan məlumatda göstərilir ki, hər il yeni yaranan bir-neçə şirkət qeyri-dövlət sektorunda Azərbaycanın ən böyük ixracatçısına çevrilir və növbəti illərdə həmin şirkətlərin adı ümumiyyətlə ixraçatçı şirkətlərin siyahısnda olmur.

Həmin şirkətlərin bəziləri eyni gündə, eyni ünvanda və eyni şəxs tərəfindən yaradılıb. Daha sonra həmin şirkətlər növbə ilə Azərbaycanın ən böyük ixracatçı şirkətlərinə çevrilirlər. Əksər hallarda bu şirkətlər 5-10 manat məbləğində simvolik nizamnamə kapitalına sahib olurlar.

Nizamnamə kapitalları cəmi 10 manat olan bu şirkətlər qısa müddətdə və növbə ilə Azərbaycanın ən böyük ixracatçı şirkətlərinə çevriliblər. “Nıne Clımate” MMC və “Global Export Fruıts” MMC ötən il müvafiq olaraq 44,6 milyon və 35,2 milyon dollar dəyərində məhsul ixrac ediblər. Ötən il ümumilikdə 79,8 milyon dollar dəyərində məhsul ixrac edən bu şirkətlər bu il ilk 10-luğa düşə bilməyiblər. Lakin onların yerinə ən böyük ixracatç şirkətlərin ilk 10-luğuna “Global Trade Group” MMC düşüb. Bu şirkət ilin ilk yarısında 19,6 milyon dollar dəyərində məhsul ixrac edib.

Bu il Azərbaycanın qeyri-neft sektorundakı ən böyük ixracatçı şirkəti “Land Lojıstıc” MMC olub. Bu şirkət ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. Cəmi 10 ay əvvəl yaranan və nizamnamə kapitalı 10 manat olan şirkət bu ilin ilk 6 ayı ərzində 53,7 milyon dollarlıq məhsul ixrac edib.

2020-ci ilin ilk yarısında 24,3 milyon dollarlıq məhsul ixrac edən “Fruıt Store” MMC isə bu ilin fevral ayının 21-də dövlət qeydiyyatına alınıb. Bu şirkətin də nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.

Məsələnin maraqlı tərəflərindən biri də odur ki, bu cür şirkətlər qısa müddətdə böyük ixracatçı şirkətlərə çevrilsələr də, vergi öhdəliklərini vaxtında yerinə yetirməyiblər. (yeniavaz.com)

Qeyd edək ki, Azərbaycanda bir qayda olaraq bu tipli şirkətləri vergi və gömrük orqankarına nüfuz edə bilən iri çaplı məmurlar, ya da bu məmurların himayəsi altında olan iş adamları yaradırlar və dşvlətə hər il külli miqdarda ziyan vururlar. Maraqlıdır ki, bir qayda olaraq bizim məmurlar dövlətə və hakimiyyətə sədaqətli olduqlarını vurğulayan məmurlar dövlətə bu və ya digər yollarla küll miqdarda ziyan vurmaq üçün bütün resurslarından istifadə edirlər.

Bəs vergidən yayınmaq üçün bu kimi taktika dünya praktikasında da müşahidə olunurmu, yoxsa bu ancaq Azərbaycana xas olan taktikadır? Həmçinin yaranmış bu vəziyyətə görə Dövlət Vergi Xidmətinin hansı nöqsanları var və bu şirkətlərin sahibləri hansı səbəbdən məsuliyyətə cəlb olunmurlar?

PİA.az-ın əməkdaşı uzun illərdir ölkə iqtisadiyyatında davam edən bu anormal halı iqtisadi sahə üzrə hüquqşünas-ekspert Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “Bizdə cüzi nizamnamə kapitalı ilə, hətta nizamnamə kapitalı olmadan şirkətlər yaratmaq olur və bu çox asan prossesdir”.

Problemin ümumilikdə qanunvericilkdə olan boşluqlardan, həmçinin vergi orqanlarının fəaliyyətindəki qüsurlardan yarandığını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün şirkət yaratmaq üçün şərtlər sərtləşdirilməlidir:

“Ümumən bu tipli şirkətlərə dünyada bir günlük şirkət deyilir. Yəni onlar yaranır, qısa müddətdə fəaliyyət göstərir, daha sonra vergidən yayınmaq üçün yoxa çıxırlar. Təbii ki, inkişaf etmiş ölkələr bu yolu keçiblər, hazırda onlarda belə hallar baş vermir. İnkişaf etmiş ölkələrdə bu tip şirkətlərə qarşı sərt mübarizə üsulu tətbiq olunur və nəzarət ciddidir. Amma bizim kimi inkişafda olan dövlətlərdə belə hallara çox rast gəlinir.

Birinci növbədə bizdə qanunvericilikdə problem var və aşağıda sadalayacağım bu problemlər, daha doğrusu boşluqlar ortadan qaldırılmalıdır. Eyni zamanda dövlət qurumlarının, xüsusən də vergi xidmətinin fəaliyyətində olan qüsurlar nəticəsində belə hallar ortaya çıxır.

Qanunvericiliyin problemi odur ki, Dünya Bankının “Doing Business” deyilən bir hesabat proqramı var və biz burda yüksək reytinq əldə etmək üçün şirkət yaratmağı çox asanlaşdırmışıq. Məsələ ondadır ki, bizdə cüzi nizamnamə kapitalı ilə, hətta nizamnamə kapitalı olmadan, şirkətlər yaratmaq olur və bu çox asan prossesdir. İstənilən şəxs qısa müddət ərzində bir ya da bir neçə şirkət aça bilər. Hətta bizdə çoxlu sayda misallar var ki, şəxslərin şəxsiyyət vəsiqəsini əldə edib, ya da şəxslə anlaşıb onun adına şirkətlər açırlar. Hətta bəzən şəxs adına şirkət açıldığından belə xəbərsiz olur. Halbuki müıyyən ödəniş hesabına həmin şəxslər kimlərəsə şirkəti idarə etmək üçün vəkalat də verirlər. Sonradan məlum olur ki, çox kasıb vəziyyətdə yaşayan həmin şəxslərin dövlətə külli miqdarda vergi borcu var.

Əkrəm Həsənov: “Faktiki olaraq vergidən yayınan “bir günlük” şirkətlərin təsisçilərinin məsuliyyətə cəlb edilməməsi və araşdırma aparılmamsı vergi orqanlarının işindəki qüsurdan xəbər verir”.

Ona görə də mən hesab edirəm ki, şirkət yaratmaq üçün şərtlər dəyişdirilməli və dövlət şirkət yaradanların qarşısına daha ağır tələblər qoymalıdır. O cümlədəın nizamnamə kapitalı ilə bağlı qanunvericilikdə ciddi dəyişiklik olunmalıdır. Şirkət yaratmaq üçünn nizamnamə kapitalı yüksəldilməldir.

Bundan başqa qanunvericilikdə vergi orqanlarına müəyyən səlahiyyətlər verilməlidir. Vergi orqanları kiçik nizamnamə kapitalı ilə bir neçə və daha çox şirkətlər yaradan insanları müəyyənləşdirmək və bu şirkətlərin fəaliyyətinə nəzarəti həyata keçirmək üçün müəyyən səlahiyyətləri olmalıdır.

Onu da qeyd edim ki, qanunvericilik bu gün belə vergi orqanlarına imkan verir ki, bu şirkətləri kimlər yaradıb, hansı məqsədlə yaradıb. Bizdə problem odur ki, şirkət yaradanlar, yəni təsisçilər şirkətin öhdəliklərinə görə məsuliyyət daşımır. Amma büütün dünya qəbul olunmuş bir qayda var ki, əgər hər hansı bir şəxs cinayət etmək məqsədi ilə şirkət yaradıbsa, bütün hallarda şirkətin təsisçisi məsuliyyət daşıyır. Burda vergidən yayaınmaqdan söhbət gedir və bu bütün dünyada, o cümlədən də Azərbaycanda da vergidən yayınmaq cinayət hesab olunur. Vergidən yayınan şəxsləri müəyyən etmək üçün vergi orqanlarının əlində kifayət qədər səlahiyyət var. Sadəcə bu tip vergi yayınmalarına qarşı vergi orqanlarının operativ çalışmamaları müəyyən suallar doğurur. Çünki faktiki olaraq vergidən yayınan “bir günlük” şirkətlərin təsisçilərinin məsuliyyətə cəlb edilməməsi və araşdırma aparılmamsı vergi orqanlarının işindəki qüsurdan xəbər verir.

“Bir günlük” şirkətləri müəyyən etmək elə də çətin deyil. Vergi orqanlarının bu məsələdə bir çətinliyi ola bilər ki, əgər təsisçilər xarici ölkənin vətəndaşlarıdır. Yerli şəxslər olanda bu şox asandır. Onları tapıb məsuliyyətə cəlb etmək elə də çətin deyil. Lakin xarici vətəndaşlarla bağlı məsələ bir qədər mürəkkəbdir. Bu zaman vergi orqanının həmin şəxsə əli çatmır və çoxlu instansiyalara müraciət etməli olur. Ona görə də xarici vətəndaşların ölkəmizdə gəlib şirkət açmaları üçün sərt tələblər qoyulmalıdır. Bunun üçün qanunvericilikdə də dəyişiklik edilməlidir.

Ümumiyyətlə isə dövlətə külli miqdarda ziyan vuran bu kimi halların qarşısınınb alınması üçün həm qanunlar təkmilləşdirilməlidir, həm də vergi orqanları öz işlərinə məsuliyyətlə yanaşmalı və ümumilikdə vergi xidmətinin fəaliyyət prinsipləri yenilənməlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar