Cümə axşamı, 05 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Bakıya gəlib. O, iki gün "stand-up" şousu ilə "Konqres Mərkəz"də çıxış edib

PİA.az Oxu.az-a istinadən xəbər verir ki, öncə mətbuat konfransında, daha sonra isə "stad-up" şousunda Cem yenicə Xalq artisti adına layiq görülmüş Miri Yusifə sataşıb.

"Azərbaycan sənətçilərindən kimi tanıyırsınız?" sualına aktyor "Mən də bir həftə Azərbaycanda qalsam, Miri Yusif kimi xalq artisti olaram" deyərək media nümayəndələrinin üzünü güldürüb.

Daha sonra səhnəyə çıxan Cem Miri Yusifə ikinci dəfə söz atıb. O, xalq artistinin "Səndən bir dənədir" mahnısını "Məndən bir dənədir" deyərək zümzümə edib. Məşhurun bu çıxışı isə sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Bu gün isə Şəhidlər xiyabanını ziyarətə edən sənətçi Miri Yusiflə bağlı etdiyi zarafata aydınlıq gətirib. O, sənətçini sevdiyi üçün belə bir addım atdığını dilə gətirib:

"Miri Yusiflə dost deyiləm. Onu çox sevirəm. Eşitdim ki, yenicə "Xalq artisti" adına layiq görülüb. Bu isə çox önəmli fəxri addır. Mən də bir az onunla zarafat etdim. Hamı istəyər ki, "Xalq artisti" adına layiq görülsün. Çox gözəl hissdir. Onun xətrinə dəyəcək nəsə deməmişəm. Bu fəxri ada sahib olmaq isə bir həftə içində olacaq bir şey deyil (gülür)".

Cem Yılmaz ötən gün baş tutan konsetdən məmnun qaldığını söyləyib:

"Ötən axşam gözəl konsert keçdi. Həyacanlı idim. Ümüd edirəm ki, tamaşaçılar mənim çıxışımı bəyəndilər. Hər şey ürəyimcə oldu. Özüm özümə dedim ki, kaş mərifətli bir iş etsəydim (gülür). Təbii ki, bu işdən də məmnun qaldım. Mənə qarşı olan diqqət çox gözəldir. Səhnədə də bunu söylədim ki, bizim Azərbaycana daha çox gəlməyimiz lazımdır. Bir çox yaxın dostlarıma da söyləyəcəyəm ki, burda olan sənətçilərlə görüşüb, onlarla çoxlu vaxt keçirtməliyik. Bərabər işlər görməliyik. Birlikdə filmlər çəkib, musiqilər yazmağımız lazımdır. Biraz da yaxınlaşmağımız lazımdır".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Cem Yılmaz

loading...

Ən çox oxunanalar