Çərşənbə, 03 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Cəlilabadda narkotacirlər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Y.Əliyev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı üç bükümdə ümumi çəkisi 12 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd “beşbarmaq” aşkar olunaraq götürülüb.  Aparılan araşdırmalarla Y.Əliyevə narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini A.Nağıyev olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan bir büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotiklərin qanunsuz dövriyyəsində A.Nağıyevlə əlbir olan rayon sakini F.Abbasov da müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 167 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

pia.az 


Etiket: Narkotik
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Rus bazası çıxarılır, Ankara və Bakı ilə...” - Politoloq

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

“İnsan həyasızlığının son həddini görürəm...” – Küyə getməyin! 

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - Foto

Ən çox oxunanalar