Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda narkotacirdən avtomat aşkarlandı - Foto

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən külli miqdarda narkotik vasitə və odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Elnur Lətifov saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan bir ədəd bükümdə 30 qramdan artıq narkotik vasitə olan heroin aşkarlanıb. Aparılan təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə E.Lətifovun həmin narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş, Göytəpə şəhər sakini Emil Mustafayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı beş qramdan artıq heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Mustafayevin yaşadığı evə keçirilən baxış zamanı oradan bir kiloqram narkotik vasitə heroin və “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 17 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar