Cəlilabad rayonunda kütləvi dava olub
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, tanışların arasında baş verən mübahisə zəminində Uzuntəpə kənd sakini 1990-ci il təvəllüdlü Abışov İlkin Azər oğlu döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az