Cümə axşamı, 25 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Cəlil Məmmədquluzadənin doğum günüdür

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür.

O, 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub.

İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb.

Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman verir. Seminariya kənd məktəbləri üçün müəllim hazırlayırdı. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçirdi. O, 1882-ci ildə Naxçıvana gəlir və Cəlil Məmmədquluzadəni də digər şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya alır.

Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirir və müəllimlik attestatı alır.

Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil edib. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olub.

Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlayıb. O, burada da təlim-tərbiyə işlərinin yüksəldilməsinə xüsusi fikir verib, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb edərək xüsusi sinif təşkil edib və məşğələləri özü aparıb.

İctimai xadim Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınıb.

Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam edib. Bu dövrdə “Çay dəstgahı” adlı alleqorik mənzum dramını, “Danabaş kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələrini yazıb. Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki dövrdə Azərbaycan kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunub.

Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir.

XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olub. Qüdrətli yazıçının “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu” hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıdıb. Cəlil Məmmədquluzadə bədii yaradıcılığa 23 yaşından, kənddə müəllim ikən başlayıb. Ədibin ilk qələm təcrübəsi “Çay dəstgahı” alleqorik dramı olub. “Çay dəstgahı”nda müəllif nökər Əlinin simasında kəndin ən aşağı təbəqələrinin cəmiyyətdə yazıq və acınacaqlı halını əks etdirir.

XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb.

“Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olub.

O, Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Cəlil Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutub. Mirzə Cəlil qadın azadlığı məsələsinə həm hekayələrində, həm də dramaturji və publisist fəaliyyətində geniş yer verib.

İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Həmin vaxtdan Mirzə Cəlil, Molla Nəsrəddin adı ilə tanınıb.

Publisistin təbliğ etdiyi dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.

Dramaturqun əsərləri bir sıra dillərə tərcümə edilib.

Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi kənd isə Cəlilkənd adlandırılıb. Naxçıvan və Cəlilabadda heykəli qoyulub. Bakı və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev 17 yanvar 2019-cu ildə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Erməni generalı boğaraq öldürən şəhid Cəbrayıl Dövlətzadə barədə bilinməyənlər - Video

"Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim - Paşinyan qadağan etdi..." - Şok açıqlama

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – Son dəqiqə

“Paşinyan Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki...” - Moskvadan təhqir dolu açıqlamalar

Sabah məktəblərdə dərslər dayandırılacaq? - Rəsmi açıqlama

“Xankəndi Şuşadan daha tez alına bilərdi, bəs niyə alınmadı?”

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

Səfirdən Bakıya yağan qarla bağlı maraqlı paylaşım: “Əyləşin, cənab səfir”

Hüquqşünasdan müraciət: “Azərişıq”, “Azəriqaz”, vicdanınız olsun  

Ən çox oxunanalar