Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Cəlal Arutunyanınn avtomobilinin vurulmasının pərdə arxası - Tonoyana satqınlıq ittihamı...

Tonoyan “dqr”in “müdafiə naziri” barədə Azərbaycana məxfi məlumat sızdırıb...

Qarabağda tör-töküntüləri hələ də sülənən qondarma separatçı-terrorçu rejimin ordusunun keçmiş komandanı Calal Arutyunyanın avtomobilinin 44 günlük savaş günlərindən birində qalib ordumuz tərəfindən vurulması ilə bağlı yeni məqamlar açıqlanıb.

PİA.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, C.Arutyunyan avtomobili vurulmamışdan öncə işğalçı Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan ilə İordaniyadan gətirilən hava müdafiə sistemlərinin işləməməsi ilə bağlı kəskin mübahisə edib.

Bildirilir ki, Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb.

Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub. Həmin qurğuların bir çoxu istfadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb.

“Mübahisə zamanı Calal Arutyunyan qeyd edib ki, müharibə bitdikdən sonra susmayacaq və Qarabağın cənubunun səmasını tamamilə müdafiəsiz edənlərin adını çəkəcək. Üstəlik, partlayışdan bir gün əvvəl keçmiş ordu komandanı dırnaqarası Qarabağ prezidenti Araik Arutyunyana bildirib ki, düşmənin bu istiqamətdə yeni qüvvələr topladığını nəzərə alaraq Şuşada və Daşaltı kəndində ehtiyat canlı qüvvə və artilleriya toplayaraq istehkamlar qurmağa başlamaq lazımdır. C.Arutyunyanın yaxınları əmindir ki, onun hərəkət marşrutu barədə məlumatların sızdırılması qəsdən açıq rabitə yolu ilə təşkil edilmiş və nəticədə Azərbaycan Silahlı Qüvvələri müdafiə ordusu komandirinin yerini asanlıqla təsbit etmişdir”- Mediaport nəşri belə yazır.

Xəbərə o da əlavə edilir ki, Rusiya telegram kanalları dünən Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın hərbi vəziyyətə baxmayaraq Vyanaya uçduğunu yazıb. Daha öncə məlumat verilmişdi ki, Patronu D.Tonoyana Vyanada bir mənzil bağışlayıb. Patronun kim olduğu isə açıqlanmır...(Moderator.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Vüqar Səfərlidən 26 milyon manat tələb olunur – Onun Əli Həsənovu satdığı iddia olunur...

Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

“Əliyevin bu planının hədəfini anlamıram” - Paşinyandan etiraf

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb

Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

İlham Əliyevdən “Azərlotereya” ilə bağlı sərəncam

Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?”

Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək

loading...

Ən çox oxunanalar