Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq

Məscidin 20 min nəfər tutumu olacaq

Avqustun 23-də Çeçenistanın Şali şəhərində 20 min nəfər tutumu olan Avropanın ən böyük məscidi, həmçinin Quran hafizləri məktəbinin açılış mərasimi baş tutacaq.

TASS xəbər verir ki, Çeçenistan Prezidenti Ramzan Kadırov məscidin inşasının demək olar ki, başa çatdığını və hazırda ətraf ərazidə abadlaşdırılma işlərinin aparıldığını deyib.

“Bu möhtəşəm kompleks nəinki Şalinin yaraşığı, həm də respublikanın ən cəlbedici yerlərindən biri olacaq”, - deyə Çeçenistan rəhbəri bildirib.

Tikintisinə 2012-ci ilin dekabrında başlanılan məscid 5 hektardan artıq ərazidə inşa edilib. Günbəzinin hündürlüyü 43 metrə çatan məscidin ətraflarında hər biri 63 metr hündürlüyündə 4 minarə ucaldılıb. İbadətgahın ərazisini 12 fəvvarə bəzəyəcək.

Regional müftiliyin məlumatına əsasən, Çeçenistan Respublikasının ərazisində 1100-dən çox məscid fəaliyyət göstərir.(Virtualaz.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar