Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbrayılova məxsus bu binaları söküləcək - Fotolar

Sumqayıt Məhkəməsinin qərarı ilə Rafael Cəbrayılova məxsus “Dərhal” MMC-nin tikdiyi binalardan ikisi söküləcək...

Bir müddət öncə borc alıb qaytarmadığına görə qalmaqalla gündəmə gələn və mandatından istefa verən keçmiş deputat Rafael Cəbrayılovun tikdiyi binaların söküləcəyi bildirilir. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb...

C.Həsənli bildirib ki, Sumqayıt Məhkəməsinin qərarı ilə R.Cəbrayılova məxsus və qardaşı Elşən Cəbrayılovun idarə etdiyi “Dərhal” MMC-nin tikdiyi binalardan ikisi söküləcək. Buna səbəb isə həmin yaşayış yerlərinin SOCAR-ın ərazisində tikilməsidir. Bu binalarda isə məcburi köçkünlər məskunlaşıb.

PİA.az xəbər verir ki, Qafqazinfo-nun əməkdaşları həmin binaların yerləşdiyi Binəqədi Gənclər Şəhərciyinə baş çəkib sakinlərlə söhbət ediblər. Binaların qarşısında, təxminən 20 metr məsafədə hələ də aktiv neft “kaçalka”ları fəaliyyətdədir. Neft şirkətinin işçiləri mütəmadi olaraq bu qurğulara baxış keçirib, texniki xidmət göstərirlər.

Neft ərazisində yerləşən və “kaçalka”lara ən yaxın olan 17-ci binada yaşayan Kamil deyir ki, 2014-cü ildə şəhərin mərkəzində kiçik evini sataraq buradan özünə mənzil alıb: “Bir neçə il əvvəl də bu binaların söküləcəyi deyilirdi, amma sökülmədi. Burada neftin ərazisində olan iki bina deyil, binaların çoxu “kaçalka”ların yerində tikilib. Bildiyimə görə, o “kaçalka”lar zəif işləyib, hesablayıblar ki, ordan gələn gəlir bina tikintisəndən gələn gəlirdən azdır. Ona görə də “kaçalka”ları bağlayıb bina tikiblər. Bunlar elə söz-söhbət, şayiə olaraq qalır, amma real olaraq söküntü söhbəti yoxdur”.

Bu bina ilə yanaşı olan 13-cü binanın 60 yaşlı sakini Cəmil kişi deyir ki, məcburi köçkün olduqları üçün 2013-cü ildə "QaçqınKom" onlara buradan mənzil verib: “Biz illərdi burada yaşayırıq, məndən başqa da çoxlu qaçqın var. Bu binaların sökülməsi məsələsi əvvəllər də deyilirdi, amma son günlər tez-tez eşidirik. Lakin bizə rəsmi olaraq bir məlumat verən yoxdur. Dəqiq heç nə bilmirik. Sökülsə də, dövlət bizi çöldə qoymaz, yəqin başqa bir yerdə ev verərlər”.

Binəqədi Gənclər Şəhərciyinin komendantı Rasim adlı şəxs ofisində olmadığı üçün onunla telefon əlaqəsi saxladıq. O isə bizə bu məsələlərə baş qoşmamağı məsləhət gördü: “Məhkəmə qərarı varsa, bu qərarı icra edən şöbə var. Bizə binaların söküləcəyi, sakinlərin köçürülməsi, binalardan çıxarılması və ya başqa məsələlərlə bağlı heç bir məlumat verilməyib. Mən də orada fəaliyyətimi dayandırmışam, indi həmin binalara “QaçqınKom” baxır. Bu binaların sökülməsinin jurnalistlərə nə dəxli var? Niyə maraqlanırsız, niyə araşdırırsız? Dövlət məsləhət bilsə, söküləcək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, bu məsələni araşdırandan sonra açıqlama veriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar