Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhədə gərginlik: Status-kvonun dəyişdirilməsi müharibə ilə nəticələnə bilər?..

Danışıqların imitasiyası ilə məşğul olan Ermənistan azmış əsgərimizi öldürməklə Bakıya hansı mesajı yolladı?..

Politoloq: “Paşinyan məcburən sərt ritorikaya əl atır və bu sərt ritorika bütün danışıqları faiskoya uğradır”.

“Danışıqlar o zaman səmərəli olacaq ki, ermənilər cəbhə xəttində mövqelərini qoruya bilməyəcəklər və bu zaman danışıqlara can atacaqlar. Hazırda isə onlar yalnız imitasiya ilə məşğul olurlar. Çünki bütün əsas kartları əllərində tutmaqla yanaşı status-kvonun qorunması üçün Rusiyanın açıq dəstəyini alırlar”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünü və son günlərdə cəbhə xəttində yaşanan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi sentyabrın 22-də Nyu Yorkda Azərbaycan xarici İşlər naziri Elmar MəmmədyarovATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Xarici işlər nazirnin görüşü olan gün cəbhə xəttində gərginlik müşahidə edilib və Azərbaycan hərbçisi şəhid oldu.

Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidməti yerli mediaya bildirib ki, əsgər azıb və tərəflərin mövqeləri arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Erməni tərəfinin versiyasına görə isə, insident sentyabrın 22-də saat 16:15-də cəbhə xəttinin cənub-şərq istiqamətində baş verib.

Bu kimi hal birinci dəfə deyil təkrar olunur. Demək olar ki, görüşlər olan müddətdə hər dəfə Azərbaycan ordusu itki verir. Digər tərəfdən isə həmsədrlərin bütün səylərinə baxmayaraq status-kvo ermənilərin xeyrinə dəyişməz olaraq qalır.

Danışıqların imitasiyası ilə məşğul olan Ermənistan azmış əsgərimizi öldürməklə əslində Azərbaycana və dünya ictimaiyyətinə status-kvonun dəyişdirilməsinin müharibə ilə nəticələnəcəyi anonsunu verə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Status-kvonu Minsk qrupunun həmsədrləri dəyişə bilmirsə, rəsmi Bakı məsələni hərbi müstəviyə qaldırmalıdır”.

Rəsmi Bakının beynəlxalq birliyə erməni təcavüzü ilə bağlı məsələni ciddi qaldırmalı olduğunu bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, cəbhə xəttində işğalçıya zərbələr endirməlidir. Çünki, mümkün diplomatik danışıqlar səmərəsiz və gündəmsizdi:

“Nyu-Yorkda AzərbaycanErmənistan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən danışıqlarda gözlənildiyi kimi müsbət nəticə olmadı. Halbu ki, rəsmi Bakı humanitar aksiya məsləsində razılığın əldə olunmasında bu görüşdən gözləntiləri var idi. Erməni tərəfinin təxribatı, əsgərimizin şəhid edilməsi bu görüşə kölgə saldı.

Hesab edirəm ki, üçüncü qüvvə, xüsusilə Rusiya ABŞ-da danışıqlarda hər hansı bir razılaşmanın əldə olunmasına qarşıdır. Xüsusi ilə Rusiya Paşinyanın Qarabağla bağlı hər hansı bir müsbət siyasətinin qarşısın almaq istəyir. Rusiya imkan vermir ki, Qərb Qarabağ prosesində təşəbbüsü ələ alsın. Bu məsələdə Ermənistan daxilində qüvvələrdə aktivdir və “Qarabağ klanı” çalışır ki, bununla mümkün danışıqları pozsun. Paşinyan isə məcburən sərt ritorikaya əl atır və bu sərt ritorika bütün danışıqları faiskoya uğradır. Nyu-York danışıqları da fiaskodur.

Məhəmməd Əsədullazadə: “Status-kvonu qoruyub saxlamaq əleyhimizədir və indiki status-kvo danışıqlarda nəticə əldə etməyi imkansız edir”.

Hesab edirəm ki, rəsmi Bakı beynəlxalq birliyə erməni təcavüzü ilə bağlı məsələni daha ciddi platformalarda qaldırmalı və cəbhə xəttində işğalçıya zərbələr endirməlidir. Çünki, mümkün diplomatik danışıqlar səmərəsiz və gündəmsizdir. Danışıqlar o zaman səmərəli olacaq ki, ermənilər cəbhə xəttində mövqelərini qoruya bilməyəcəklər və bu zaman danışıqlara can atacaqlar. Hazırda isə onlar yalnız imitasiya ilə məşğul olurlar. Çünki bütün əsas kartları əllərində tutmaqla yanaşı status-kvonun qorunması üçün Rusiyanın açıq dəstəyini alırlar. Ona görə də status-kvonu qoruyub saxlamaq əleyhimizədir və indiki status-kvo danışıqlarda nəticə əldə etməyi imkansız edir.

Status-kvonu Minsk qrupunun həmsədrləri dəyişə bilmirsə, rəsmi Bakı məsələni hərbi müstəviyə qaldırmalıdır. Belə olmadıqda Ermənistan işğalı davam etdirəcək. Danışıqlarda manipulyasiya edəcək. Paşinyan Qarabağın azadlığına hazır deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar