Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çavuşoğlu türk bazalarına aydınlıq gətirdi: "Ehtiyac olsa, Azərbaycanla ikitərfli anlaşma imzalayarıq"

Okan Müdərrisoğlu
“Sabah”, Türkiyə, 16 yanvar 2021-ci il

Co Bayden administrasiyası ilə işləməyə hazır olduqlarını bildirən Çavuşoğlu Şərqi Aralıq dənizi, köç, viza və Gömrük Birliyi başlıqları ilə bağlı AB ilə pozitiv gündəliyin olduğuna vurğu etdi. Afina ilə olacaq görüşlərin də bütün ixtilaflı məsələləri əhatə edəcəyini söylədi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, 20 yanvarda vəzifəsinin icrasına başlayacaq Co Bayden dövründə türk-amerikan əlaqələrinin daha proqnozlaşdırılan olmasını gözlədiklərini söylədi və əlavə etdi: “Qərəzli deyilik. Biz “yol xəritəsi” hazırlayırıq, amma reallıqları da bilirik”.

Çavuşoğlu, ABŞ, AB, Yunanıstan, Qarabağ, Çin, Liviya və Körfəz ölkələrilə bağlı Türkiyənin cari mövqeyi ilə əlaqədar olaraq verdiyimiz sualları cavablandırdı:

ABŞ-da Bayden dövrü başlayır. Türkiyə, yeni administrasiya ilə işləməyə hazırdırmı?

– Biz hazırıq. Qərəzli də deyilik. Lakin eyni zamanda reallıqları da bilirik. Münasibətlərimizdə yaşadığımız problemlər də var, fürsətlər də… Yeni administrasiyada yer alacaqlar tanıdığımız, daha öncə işlədiyimiz insanlardır.

Tanıdığımız insanlardır deyə, “əlaqələr birdən düzələcək” düşünsək, realist ola bilmərik. “Əlaqələri hansı sahədə necə inkişaf etdirə bilərik” deyərək, öz aramızda “yol xəritəsi” hazırlayırıq.

Münasibətlərimizə təsir edən ən önəmli mövzu terror təşkilatı PKK/YPG-yə verilən dəstəkdir. Onların da S-400 problemi var. Prezident Tramp getmədən öncə sanksiya haqqında qərar verib. Baxaq, görək, bu prosesi onlarla necə idarə edəcəyik?

Təklifimizi yeniləyəcəyik: “Bir işçi qrupu yaradaq, NATO ilə də işləyək”. Problemlər də, ata biləcəyimiz müsbət addımlar da bəllidir. Münasibətlərimiz baxımından daha çox proqnozlaşdırıla bilən bir proses olacağını düşünürəm.

– Hörmətli Prezidentimizin Şərqi Aralıq dəniziylə bağlı konfrans təklifi oldu… AB tərəfində bir yumşalma varmı?

– Konfrans keçirərək, “ədalətlə bölüşək” deyirik. Biz hər kəsin qatılmasını istədik. Orada şirkəti olan ölkələri də daxil etdik buna. Təklifimizə, hələ ki, AB-dən cavab gəlməyib. Onlar üçün tərəddüd səbəbi ŞKTC-nin qatılması ola bilər. Biz də Kiprlə ədalətli bölüşmə olacağı üçün “İki lider də qatılsın, siz ŞKTC-ni qəbul etmirsinizsə, biz də rum tərəfinin qatılmasına izin vermərik” demişik. 21 yanvarda bunu Brüsseldə müzakirə edəcəyik. Konfransda iki tərəf gəlirin bölünməsini müzakirə edəcək. ŞKTC üçün müşahidəçi statusunu qəbul etməmiz mümkün deyildir.

– 21 yanvardakı Brüssel səfərinizdə hansı konkret addımlar atıla bilər?

– 1. AB-nin Xarici və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi Cozep Borell ilə Ursula von der Leyen və Şarl Mişelin Türkiyə səfərinə hazırlıq xarakterində görüşün keçirilməsi;

2. Şərqi Aralıq dənizi konfransına hazırlığın görülməsi;

3. Köçlə bağlı memorandumun yenilənməsi;

4. Viza sərbəstliyi.

5. Gömrük Birliyinin güncəllənməsi…

Viza sərbəstliyi, Merkelin dediyi kimi, çətin bir mövzudur, lakin AB-nin verdiyi sözü yerinə yetirməsi lazımdır. Gömrük Birliyinin güncəllənməsi isə hər iki tərəfin də xeyirinədir.

– Körfəzin Qətərlə münasibətləri yumşaldı, Türkiyəyə isti mesajlar verildi. Nə proqnozlaşdırırsınız?

– Körfəzdəki normallaşmadan məmnunuq. Xüsusilə Küveyti göstərdiyi təşəbbüslərə görə, təbrik edirik. Bu prosesin regiona müsbət təsiri olacaq. Səudiyyə Ərəbistanı ilə münasibətlərdə daha müsbət bir atmosferin yaradılmasına töhfə verəcəkdir. BƏƏ-dən də müsbət mesajlar gəlir. Amma biz konkret şeylər görmək istəyirik. Eyni qaydada Misirlə də əlaqələrimizi yoluna qoymaq üçün müsbət addıma müsbət cavab veririk.

– Bayden administrasiyası ilə təmas quruldumu?

– Xeyr. Onlar hər kəsə “Baydenin təlimatı var, hakimiyyəti təhvil almadan heç kimlə görüşmürük” dedilər. Səfirliyimizlə təmaslar oldu və səfirimizlə söhbət edərkən, “Hakimiyyəti təhvil aldıqdan sonra Türkiyə ilə də təmasa keçəcəyik” demişlər.

– Baydenin ilk görüşəcəyi liderlər arasında hörmətli Prezidentimizin də olması yönündə bir təşəbbüs göstərildimi?

– Vəzifəsinin icrasına başladıqdan sonra hörmətli Prezidentimiz də zəng edər, təbrik edər, “Görüşək” deyər, dəvət edər. Ancaq harada olacağını indi deyə bilmərəm.

– Yunanıstanla ilkin danışıqlar başlayacaq. Miçotakis “Yalnız dənizdəki məsuliyyət zonaları müzakirə ediləcək” deyir. Ankaranın masaya bütün problemləri gətirmə tələbi var…

– İlkin danışıqların 61-cisini aparacağıq. 60-cı danışıq zamanı nə müzakirə olundusa, 61-cidə də onlar müzakirə olunacaq. Onlar, “Bunları müzakirə etmək istəmirik” deyərsə, ilkin danışıq aparmağın bir anlamı yoxdur. Burada yalnız dənizdəki məsuliyyət zonaları məsələsi yoxdur. “Dənizdəki məsuliyyət zonaları üçün ayrı bir görüş” təklifi etsələr, o zaman “bəli” və ya “xeyr” deyərik. O, ayrı bir şey. Amma özləri lap əvvəldən ilkin danışıqlara yaxın durmadılar. Son zamanlarda isə elə bir hava yaradırlar ki, sanki bunu onlar istəyirlər. Bu da doğru deyil. Biz lap əvvəldən “Ön şərt olmadan danışıqlara hazırıq, bütün məsələləri müzakirə edəcəyik” demişdik. İlkin danışıqların içində bütün ixtilaflı mövzular vardır.

– Türkiyə-Fransa münasibətlərində yeni dövrmü başlayır?

– Fransa ilə münasibətlərimiz Peyğəmbər əfəndimizə və “Qurani-Kərim”ə yönəlik hücumlar, dövlət binalarında afişaların asılması və bunların söz azadlığı kimi səciyyələndirilməsindən sonra gərginləşdi. Biz də cavablarımızı verdik. Öz milli təhsil nazirlərilə bağlı 1-2 karikatura çıxan kimi, onları həmən qadağan etdilər. Ancaq bizim müqəddəslərimizə gəlincə, “söz azadlığıdır” deyirlər. Ən son Fransa Xarici işlər naziri Le Drian ilə keçirdiyimiz görüşdə, “Bir “yol xəritəsi” üzərində işləyək” deyərək, razılığa gəldik. Sonra Prezidentimiz hörmətli Makrona bir “Keçmiş olsun!” məktubu göndərdi və yeni ilini təbrik etdi. Ardınca fransızlar “4 sahədə məsləhətləşmələrə başlayaq” deyərək, bizə geri döndülər. Biz də “Tamam” dedik. İki gün öncə də Makronun məktubunu aldıq, çox müsbətdir. Münasibətləri inkişaf etdirmək istəyini, Türkiyəyə verdikləri önəmlə birlikdə, Avropa üçün Prezidentimizlə görüşməyi arzu etdiyini də vurğulayan, gözəl, müsbət, hətta türkcə xitab edilən bir məktub aldıq (Məktub əl yazısı ilə “Dəyərli Tayyib!” deyərək başlayır). Prezidentimiz də “Məmnuniyyətlə görüşərik” dedi. Öncə videokonfrans və telefon danışığından bəhs edilir.

– “Yol xəritəsi”nin əhatə dairəsi haqqında nə deyə bilərsiniz?

– Bunlar:

1. İkitərfli məsləhətləşmələr;

2. Terrorla mübarizə;

3. Regional məsələlər (Suriya və Liviya daxil olmaqla);

4. Təhsil sahəsində əməkdaşlıq məsələləridir.

– Türk hərbçiləri Qarabağda harada yerləşəcək?

 – Birgə Müşahidə Mərkəzi üçün yer müəyyən olundu, konteynerlər gəldi, inşaat başladı. İlk mərhələdə bərabər sayda – 60 türk, 60 rus hərbçisi olmaqla bir mərkəz qurulur. Bu mərkəz Ağdamda, təmas xəttindən, təqribən, 8 km uzaqlıqda olacaq. Azərbaycanlılar da məmnundur. Hərbçilərimiz də getməyə başladı. Ora böyük bir qərargah kimi olmayacaq, müşahidə mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikitərfli anlaşma imzalayaraq, lazımi dəstəyi hər zaman verə bilərik. Ayrıca, biz Qarabağdakı rus sülhməramlı qüvvələrinin statusu ilə bağlı anlaşmanın imzalanması üçün Rusiyanı da təşviq edirik.

– Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem varmı?

– Bir problem yoxdur. Bu, Moskvadakı Rusiya-Azərbaycan-Ermənistan sammitində də təsdiq edilib.

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar