Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov dəmiryolunda obyekt tikdirir, “Akkord”da narazılıq - Video

Paytaxtın Bakıxanov qəsəbəsində dəmiryoluna məxsus ərazidə qanunsuz olaraq obyekt tikilir...

Xeber.de-yə məlumat verən qəsəbədəki “Akkord” şirkətinə aid “Uğur-2” yaşayış kompleksinin sakinlərinin sözlərinə görə, binaların həyətindən dəmiryoluna çıxış ərazisində avtoyuma məntəqəsinin tikintisinə başlanıb. Bu da həm sakinlərin, həm də yaşayış kompleksinin rəhbərliyinin narazılığına səbəb olub. Artıq “Uğur-2” kompleksinin instaqram səhifəsində sakinlərə çağırış olunub ki, tikintinin qarşısının alınması üçün həmrəylik göstərilsin, mübarizə aparılsın. Obyekti tikən şəxsin kimliyi bilinməsə də, onun Konstitutsiya Məhkəməsində bir hakimin sürücüsü olduğu bildirilir. Lakin “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovun qurumun balansında olan ərazidə tikinti aparılmasına, “moyka” inşa edilməsinə necə icazə verildiyi aydın deyil. Görünür, obyekt sahibi ən yüksək səviyyədə razılıq alıb və belə bir qanunsuzluğa imza atıb. Halbuki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər.

Criminal.az saytı məsələ ilə bağlı Cavid Qurbanovun rəhbərlik etdiyi ASC-nin mətbuatla əlaqələrə cavabdeh şəxsi Natəvan Bayramova ilə əlaqə saxlayıb. Xidmət rəhbəri məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudova da məsələ ilə bağlı məlumat verilib. Tikintini aparan şəxs həftəsonu olduğu üçün vəziyyətdən sui-istifadə edərək işləri sürətləndirib. Sakinlər bildirirlər ki, tikintini həyata keçirən Cavid Qurbanovun adından istifadə edir, ondan razılıq aldığını söyləyir və heç kəsdən qorxmadığını bildirir.

Şikayətçilər deyirlər ki, dəmiryol xəttinin üstündə avtoyuma məntəqəsi açılsa, ərazidə giriş-çıxış çətinləşəcək, səs-küy olacaq, burada yaşayan ailələrin rahatlığı pozulacaq. Ona görə həftənin bazar ertəsi daha ciddi şəkildə şikayətlər olacaq, etiraz ediləcək.

Ayrı vaxt dəmiryol ərazisində daşı daş üstünə qoymaq mümkün olmadığı halda C.Qurbanovun tikintiyə necə icazə verdiyi anlaşılan deyil. Həmin zolaqda ötən il yaşayış kompleksində yaşayan sakinlər 500 ağac əkiblər. Lakin Cavid Qurbanovun adından əraziyə gələn QSC rəsmiləri ağacları kökündən çıxarmışdılar. Hərəkətlərinə belə haqq qazandırmışdılar ki, ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Üstündən 1 il ötəndən sonra isə ağacların çıxarıldığı ərazidə iri obyekt inşa olunur.

Məsələni diqqətdə saxlayacağıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar