Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cavanlar gərək çəkili olsunlar, bizdən öyrənsinlər” – Yaşlı deputatlar danışdı

Bir neçə gündür saytlarda Milli məclisin deputatlarının çox yaşlı olması ilə bağlı yazılar dərc olunur

Yazıda parlamentin deputatlarının 42-nin yaşının 65-dən yuxarı olduğu, bir sırasının isə yaşının 80-dən çox olduğu bildirilib.

Qeyd edilən yazı bir neçə gündür sosial şəbəkələrdə də güniş müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri yaşlı deputatları tənqid edərək onların işləyəcək yaşda olmadıqlarını bildiriblər.

PİA.az xəbər verir ki, “Bizim Yol” əhali arasında müzakirələrə səbəb olan bu yazı ilə bağlı yaşlı deputatlarla danışıb. Onların bəziləri yaşlı olduqlarını qeyd etsələr də, bəziləri maraqlı açıqlama verərərk hələ cavan, gümrah olduqlarını bildiriblər.

82 yaşlı deputat Ağacan Abıyev:

“Bu barədə əslində bizdən yox, başqa deputatlardan soruşmaq lazımdır. Çünki mən özüm barədə necə danışım. İndi yaşdı da özünü göstərir. Qocalıq hiss olunur. Qocalıq da bir gözəllikdir. Cavan adamlardan da işləməyənləri var. Ola bilər məzuniyyətdə olsunlar, xaricdə olsunlar, amma hamı işləməlidir”.

78 yaşlı deputat, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə:

“Yaşlı sözünü sizdən eşidirəm. Deputatların yaşlı olmaması ilə bağlı qanun yoxdur. Biz başa düşürük ki, gənclər biz tutduğumuz yeri tutmalıdırlar. Onlar parlamentdə də, dövlət orqanlarında da vəzifə tutmalıdırlar. Onlar gərək çəkili olsunlar, bizdən öyrənsilər. Söhbət yaşdan getmir. Elə adam var, 50 yaşı olsa da, ayaq üstə ölür. Mən fiziki cəhətdən özümü yaxşı hiss edirən. İdman edirəm, üzürəm, elə adam var əli qələm tutmur.”

81 yaşlı deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov:

“Mən iclaslara gəlirəm. Bütün dəvət olunan tədbirlərə qatılıram. Yaşlanmışıq, amma bütün deputatlar da cavan ola bilməz ki…

Əsas sağlamlıqdır. Sağlam olduqda işləmək olur. Cavanlar da daim işləməlidir, fəaliyyət göstərməlidir.”

72 yaşlı deputat Fəzail Ağamalı:

“Mən özümü çox yaxşı hiss edirəm. Danışığımda, düşüncəmdə, fikrimdə hər hansı bir problem yoxdur. Milli Məclis kifayət qədər ciddi yerdir. Burda qanunlar qəbul olunur, cəmiyyət də qanunlarla idarə olunur. Burda nüfuzlu şəxslər, savadlı şəxslər, ciddi adamlar təmsil olunmalıdı. Bu dəqiqə elə gənc var ki, adını çəkmək istəmirəm, 3 ildir burda oturub, onun adını-soyadını bilmirəm. Burada təmsil olunanlar ağzlarına su alıb oturmamalıdır. Bununla yanaşı, Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu. Burda bütün yaş kataqoriyaları təmsil olunmalıdı. İstər cavan olsun, istər qoca üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmirsə, bəhrə verə bilmirsə, o, təbii olaraq bu proseslərdən kənarda qalmalıdı.”

69 yaşlı deputat Rasim Musabəyov:

“Mən bu barədə danışa bilməyəcəm. Hazırda iclasdayam. Mən daha çox siyasətlə bağlı, siyasi müzakirələrlə bağlı danışıram”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar