Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Çaqqal qadınlara hücum etdi, xəsarət alanlar var – Kürdəmirdə

Kürdəmir rayonunda iki qonşu qadın çaqqal hücumuna məruz qalıb...

PİA.az “Report”a istinadən xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Sucayət Kərim qızı Osmanova həyətyanı sahəsində işləyərkən qəfildən ona çaqqal hücum edərək xəsarət yetirib. Bu zaman qonşusunun köməyinə gələn 1961-ci il təvəllüdlü Minirə Sırac qızı Abdullayeva da vəhşi heyvanın hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, bu, son bir həftə ərzində rayon ərazisində qeydə alınan üçüncü hadisədir. Bundan üç gün əvvəl Mürtülü kənd sakini Ədibə Əlövsət qızı Qədirova həyətində çaqqal hücumu nəticəsində əl barmağı amputasiya olunub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar