Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canni De Byazi: "Bakıda Tanrı kimi yaşayıram"

"Üç milyon əhalisi olan Bakıda Tanrı kimi yaşayırsan. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib".

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə "bresciaingol.com" saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, demək olar, bütün əcnəbilərin yaşadığı kompleksdə, dəniz sahilində mənzili var: "Getdiyiniz yerdən asılı olmayaraq, hər zaman yollarda sıxlıq və tıxac olur. Burada hər cür mətbəxi olan restoranlar, italyan məhsulları satan supermarketlər var".

Milli komandadakı işini də dəyərləndirən 66 yaşlı mütəxəssis 2016-cı ildə Avropa çempionatının final mərhələsinə çıxardığı Albaniya yığmasındakı uğurunu təkrarlamaq istədiyini söyləyib: "Amma ortada müəyyən fərqlər var. O vaxt Albaniya millisinin demək olar ki, əksər üzvləri Avropada çıxış edirdi. Hazırda onlar daha böyük coğrafiyaya yayılıblar. İngiltərə, İspaniya və İtaliyada legioner həyatı yaşayırlar. Azərbaycan millisində isə cəmi 5 legioner oyunçum var. Onların 3-ü Türkiyə, Portuqaliya və Almaniyada, 2-si isə Polşada çıxış edir".(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar