Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Caliber”dən təhlil: Kremlin qüllələri və Əliyevin şahmat partiyası - Video

Artıq bir neçə gündür ki, erməni auditoriyası qəzəbdən özünə gələ bilmir, azərbaycanlılar isə gülməyini saxlaya bilmir. Səbəb isə ələ keçirilmiş və vurulmuş erməni texnikaları ilə, habelə növbəti taktiki geri çəkilməsindən sonra erməni “Müharibə Tanrıları”nı əks etdirən gülməli manekenlərin olduğu Qənimət Parkının açılışıdır.

Bu arada regionda park ətrafında yaradılan məlumat hay-küyündən daha ciddi hadisələr baş verir.

“Caliber” “Youtube” layihəsinin süjetində Qarabağ ətrafında baş verən son günlərin hadisələrini ətraflı araşdırılır.

“İstənilən ssenari üçün İlham Əliyevin bir neçə gedişi qabaqcadan hesablayan təcrübəli şahmatçı kimi dəqiq planı var. Əlbətdə ki, Bakı regionda sülh və əməkdaşlıq istəyir, kommunikasiyaların blokadadan çıxarılmasının tərəfdarıdır. Ancaq İlham Əliyev üçün sülh – qalib ölkənin sadəlövh səxavətlə öz milli maraqlarından məğlub düşmənin xeyrinə qurban verə biləcəyi məqsəd deyil. Real siyasətdə milli maraqlar mümkün qədər sərt şəkildə müdafiə edilməlidir.

Azərbaycanın hədəfi tamamilə aydın göstərilib - bütün Qarabağ ərazisinin inteqrasiyası, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında silahlı quldurların tərksilah edilməsi və Laçın dəhlizi üzərində effektiv nəzarət. Bu məqsədə də çatacağıq”, - deyə süjetdə deyilir.

Daha ətraflı “Caliber”in videosunda:

“Caliber”dən təhlil: Kremlin qüllələri və Əliyevin şahmat partiyası- VİDEO

pia.az

Etiket:

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar