Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BVF rəhbəri yeni böyük depressiya proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva maliyyə sektorundakı bərabərsizliyin və qeyri-sabitliyin yayılması ilə əlaqədar yeni qlobal iqtisadi böhran dövrü barədə xəbərdarlıq edib...

RİA “Novosti” xəbər verir ki, Vaşinqtondakı Peterson Dünya İqtisadiyyatı İnstitutunda çıxış edən K.Georgiyeva son iyirmi il ərzində ölkələr arasındakı gəlir uçurumunun azaldığını, lakin əhalinin müxtəlif qrupları arasında “daxili” bərabərsizliyin böyüməyə davam etdiyini qeyd edib.

O, nümunə kimi ən varlı sakinlərinin 10 faizinin var-dövlətinin əhalinin yoxsul hissəsinin ümumi gəlirləri qədər olan Böyük Britaniyanı göstərib. K.Georgiyevanın sözlərinə görə, oxşar vəziyyət gəlir bərabərsizliyinin artıq rekord həddə çatdığı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan bir çox ölkələrdə müşahidə olunur.

"Müəyyən mənada bu həyəcanverici tendensiya XX əsrin əvvəllərində texnologiyanın inkişafı və inteqrasiya ilə yaranan “qızıl əsr”i və ardından maliyyə fəlakətinə səbəb olan vəziyyəti xatırladır”, - BVF rəhbəri söyləyib.

Qeyd edək ki, ABŞ-da XIX əsrin sonunda vətəndaş müharibəsindən sonra yaşanan iqtisadi və demoqrafik təkan dövrü “qızıl əsr”, Birinci Dünya müharibəsindən sonra iqtisadiyyat və mədəniyyətin çiçəkləndiyi onillik isə “uğultulu iyirmilər” adlanır. Bundan sonra ABŞ-da böyük depressiya dövrü başlayıb.

pia.az


Etiket: BVF maliyyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar