Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BVF 2021 və 2022-ci illər üçün orta neft qiymətləri üzrə proqnozlarını yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün orta neft qiymətləri proqnozunu 0,98 ABŞ dolları yüksəldərək 1 barel üçün 65,68 ABŞ dolları səviyyəsində müəyyən edib. 2022-ci il üçün orta neft qiymətləri üzrə proqnoz da 1,5 ABŞ dolları yüksəldilib və 64,5 ABŞ dolları səviyyəsində müəyyən edilib.

“Report” xəbər verir ki, bu barədə “World Economic Outlook” (WEO) fondunun oktyabr ayı üzrə hesabatında deyilir.

BVF-nin qiymətləndirməsinə əsasən, 2020-ci ildə neftin bir barel üçün orta qiyməti 41,29 ABŞ dolları təşkil edib. İyul ayında fond 2021-ci ildə neftin bir barel üçün qiymətinin 64,7 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, bu gün “Brent” markalı neftin dekabr fyuçersləri 0,25% bahalaşaraq 83,86, WTI markalı neftin noyabr fyuçersləri də 0,22% bahalaşaraq 80,7 ABŞ dollarından satılıb. Əvvəlki hərracda isə hər iki marka 1,5% bahalaşmışdı.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar