Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün jurnalistlərin arzuladığı şeyi Assanj etdi...

ABŞ hökuməti hələ də “Vikiliks”in bir çox insanın həyatını təhlükəyə atdığını deyir, lakin buna heç vaxt sübut göstərməyib...

Patrick Cockburn

“The Independent” qəzeti, 26 fevral 2020-ci il

2010-cu ildə Culian Assanj və “Vikiliks” ABŞ hökumətinə aid sənədlərinin nəhəng arxivini yayımlayanda və Vaşinqtonun dünyada baş verənlər barədə nələr bildiyini ortaya çıxaranda mən Kabildə idim. Pentaqonun məlumat əldə etmək hüququna əsasən tələb etdiyi, lakin onların yayımlamaqdan imtina etdiyi bir video məni xüsusilə maraqlandırırdı.

“Vikiliks” videonu yaydığı zaman ABŞ generallarının bunu niyə gizlətmək istədiyi məlum oldu. 3 il əvvəl Amerika vertolyot pilotları silahlı milislər hesab etdiyi bir qrup mülki şəxsi pulemyot və raket atəşinə tutmuş və bir çoxunu öldürmüş və ya yaralamışdı. Həmin vaxtı mən də Bağdadda idim.

İraqdakı jurnalistlər ABŞ ordusunun iddialarına inanmırdılar, çünki ölənlər arasında “Reuters” xəbər agentliyindən 2 jurnalist də vardı. ABŞ-ın “Apache” helikopteri havada olarkən milislərin silahları ilə açıq havada gəzməsi ehtimalı da az idi.

“Vikiliks” “Apache”dən qeydə alınan görüntüləri ictimaiyyətlə bölüşənə qədər heç bir şeyi sübut edə bilməzdik. Görüntülər hələ də şok təsirə malikdir: Yaralılara kömək üçün gələn bir maşın da daxil olmaqla, digər pilotlar bundan hədsiz zövq alaraq “Hə, bu ölü əclaflara baxın”, “Haha, onları vurdum”, deyirdilər. ABŞ-ın İraqda niyə uğursuz olduğu ilə maraqlanan hər kəs bu görüntülərə nəzər salmalıdırlar.

“Vikiliks”in 2010-cu və 2016-cı illərdə verdiyi açıqlamalar 1971-ci ildə Daniel Elzberqin ortaya qoyduğu və ABŞ-ın Vyetnam müharibəsində iştirakının ilə bağlı əsl tarixi ortaya çıxaran “Pentagon Papers”in sənədlərinə bərabərdir. Əslində, daha geniş olduqlarını və dünyanı ABŞ administrasiyasının gözü ilə görə biləcəyimiz bir perspektiv təklif etdiklərini nəzərə alsaq, bunlar daha da önəm qazanırlar.

Bu açıqlamalar tarixi əhəmiyyət daşıyırdı və elə buna görə, “The New York Times” kimi qəzetlər bunu başa düşüb həmin məlumatlara daha çox verdilər. ABŞ təhlükəsizlik orqanları və xaricdəki müttəfiqləri qəzəbləndikdə və “Vikiliks”in ortağı Assanj təqib edildikdə bu məlumatların nə qədər vacib olduğu yenidən sübut olundu.

Daniel Elzberq haqlı olaraq Vyetnamla bağlı həqiqətləri ortaya çıxaran bir qəhrəman hesab olunur. Amma hərəkətləri ilə Elzberqə çox bənzəyən Assanj Belmarş həbsxanasında saxlanılır. Bu həftə Londonda casusluq ittihamı ilə İngiltərədən ABŞ-a verilib verilməyəcəyi məsələsi ilə bağlı olaraq məhkəməyə çıxacaq. Əgər geri qaytarılsa, 1917-ci il casusluq aktına əsasən, ABŞ həbsxana sistemində 175 il həbs cəzasına məhkum olma ehtimalı yüksəkdir.

Assanj sənədləri “Vikiliks” vasitəsilə ictimaiyyətə təqdim etdiyindən bəri onu ləkələməyə və ifadə azadlığı ilə bağlı məhkəmə işini qarışdırmağa çalışanlar çox olmuşdu.

Assanjı şeytan kimi göstərmək üçün ilk dəfə sənədlərin dərc olunmasından dərhal sonra addım atılıb və bu sənədlərin adı çəkilən şəxslərin həyatını məhv edəcəyi iddia edilib. ABŞ hökuməti hələ də “Vikiliks”in bir çox insanın həyatını təhlükəyə atdığını deyir, lakin buna heç vaxt sübut göstərməyib.

Əksinə, Pentaqonun “Vikiliks”lə bağlı açıqlamalarının təsiri ilə bağlı araşdırma aparan, ABŞ-ın əks-kəşfiyyat rəsmisi 2013-cü ildə “Vikiliks”in əməllərinə görə düşmən qüvvələri tərəfindən bir nəfərin belə öldürülmədiyini bildirmiş və bu, rəsmi qeydlərdə öz əksini tapmışdı.

Pentaqonun İnformasiya Qiymətləndirmə üzrə Vəzifə Qüvvələrinin rəisi general-mayor Robert Kar “Vikiliks” adlı bir şəxsin Əfqanıstanda Taliban tərəfindən öldürüldüyünə dair ilkin iddiaları Çelsi Menninqin son məhkəməsində geri çəkmişdi. Kar: “Şəxsin adı açıqlamalarda yox idi”, deyə etiraf etmişdi.

“Vikiliks”in açıqlamalarının ictimaiyyətdə yayıldığı gün Kabildə bir ABŞ rəsmisi ilə əvvəlcədən görüşmüşdüm. O, sızan sənədlərin altında kimin əli olduğunu soruşmuşdu. Ona bu barədə izahat verən zaman ABŞ dövlətinin dərin sirlərinin nə dərəcə ifşa olunması məsələsinə biganə yanaşdı.

Sonra bu rahat münasibətin səbəbini öyrəndim. Menninqnin məlumat bazası “SIPRNet” (Gizli İnternet Protokolu İdarəsi) adlı ABŞ hərbi internet sistemi idi. Sentyabrın 11-dən sonra ABŞ administrasiyasının bir qisminin əldə etdiyi məxfi məlumatların digərlərinə də verilməsini təmin etmək üçün istifadə edilmişdi. Nəzəri olaraq, “SIPRNet”ə daxil olmaq üçün təhlükəsizlik icazəsinə sahib olan insanların sayı 3 milyona yaxın idi, lakin düzgün şifrəni bilənlərin sayı, böyük ehtimalla, daha az idi.

ABŞ administrasiyası Çelsi Menninq kimi aşağı rütbəli bir çavuş da daxil olmaqla, bir çox insanın istifadə etməsi üçün yaradılmış bir sistemə öz sirlərini yerləşdirəcək qədər sadəlövh deyil. Əgər ABŞ təhlükəsizlik agentlikləri kimlikləri ifşa edikdiyi təqdirdə həyatı təhlükə altına düşən şəxsləri göndərmək üçün “SIPRNet” kimi etibarlı olmayan bir sistemdən istifadə etsəydi, qısa zamanda heç bir iş müraciəti ala bilməzdi.

“Vikiliks”ə görə insanların həyatını itirdiyi və ya itirə biləcəyi ilə bağlı haqsız ittihamlar Assanja zərər verib. Ən böyük zərbə isə İsveçdə 2010-cu ildə 2 qadının təcavüz və cinsi qısnama ittihamı ilə üz-üzə qalması idi. Rədd etdiyi iddiaların çoxu isə onu çoxlarının gözü qarşısında onu cəmiyyətdən uzaqlaşdıracaq, daimi bir statusa məhkum edib. İsveçli prokuror keçən ilki təcavüz araşdırmasını sonlandırıb, lakin bu, Assanjın dediyi və ya etdiyi hər şeyin davamlı ləkələndiyini və “Vikiliks”in açıqlamalarının lazımsız olduğunu düşünənlər üçün heç bir fərq yaratmır. Eynilə medianın böyük bir qismi Assanjın xarakterini və iddia edilən davranışını düşünməyə dəyən yeganə hekayə olaraq görür. “SIPRNet” və general Karın dəlilləri haqqında məlumatlar uzun müddət əvvəl yayımlansa da, görünür, yalnız bir neçə jurnalistin bundan xəbəri var.

Lakin Assanjın ABŞ-a casusluq qanunu ilə təhvil verilməsi və təhdid edilməsi İsveçdə baş vermiş hər hansı bir hadisə ilə əlaqəli deyil. İttihamların hamısı bütün jurnalistlərin etmək istədikləri, bir çoxunun BritaniyaABŞ-da etdiyu və rəsmi sanksiyalarla üzləşmədiyi bir məsələ - dövlət sirlərinin açıqlanması ilə bağlıdır.

İngiltərə hökumətinin Assanjı həbs etmək istəyini keçən il Britaniyanın ABŞ-dakı səfiri Kim Derikin gizli mesajlarını “Mail on Sunday”a sızdıran şəxsi izləmək istəməsi ilə müqayisə edin. O, Donald Trampla bağlı mənfi açıqlamalar verdiyi üçün ABŞ prezidenti Deriki istefa verməyə məcbur etmişdi.

Assanj ABŞ administrasiyasının Pentaqon sənədlərində göstərilənlərdən daha önəmli fəaliyyətləri barədəki məlumatları üzə çıxarıb. Buna görə, bu günə qədər onu təqib etdilər və hələ də təqib edirlər. Cəzası isə Daniel Elzberqə tətbiq edilən hər şeydən daha ağırdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Assanj Vikiliks

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar