Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Burada bəzi dövlət qurumlarının maraq toqquşmaları var” - Osman Gündüz

Ümid edək ki, yaxın zamanda bur proses başa çatacaq...

“Startaplar qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək üçün Şəhadətnamə almalıdırlar. Qanunvericiliyə görə bu sənəd startapların müraciəti əsasında KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) tərəfindən veriləcək. KOBİA-da bununla bağlı, aidiyyatı tərəflərin iştirakı ilə ayrıca qurumun formalaşdırılacağı bildirilib”.

Bu fikirləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. Startap Şəhadətnamələrinin verilməsinin ləngiməsindən bəhs edən tanınmış ekspert sözlərinə belə davam edib:

“Startap Şəhadətnamələri ilə bağlı Prezident Fərmanı ötən ilin sonunda verilib. Reallaşması üçün də 3 ay vaxt verilmişdi. Yəni, Nazirlər Kabineti 3 ay ərzində startap statusu qazanmaq üçün zəruri olan meyarları müəyyən etməliydi. 5 dövlət qurumu (Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi) meyarların müəyyən olunması ilə bağlı öz rəylərini verməliydi. Bir neçə gün öncə KOBİA rəhbəri Orxan Məmmədov prosesin başa çatmaqda olduğunu bldirib. Amma hələ də ortada konrket bir nəticə yoxdur.

Müşahidələr göstərir ki, burada bəzi dövlət qurumlarının maraq toqquşmaları, Şəhadətnamənin hansı qurumun verə biləcəyindən narazı qalanlar istisna deyil.

Güman ki, məhz bu səbəbdən bu proses hədsiz çox uzandı. Bütün bunlar isə sonda ölkədə startap ekosistemin formalaşmasına mənfi təsir göstərir.Müşahidələr göstərir ki, burada bəzi dövlət qurumlarının maraq toqquşmaları, Şəhadətnamənin hansı qurumun verə biləcəyindən narazı qalanlar istisna deyil.

Xatırladıram ki, adı çəkilən dövlət qurumlarının heç birisi meyarların müzakirəsi ilə bağlı heç bir müzakirə təşkil etməyiblər. Güman ki. kabinetlərdə nələrsə hazırlanıb.

Biz, Startap Azərbaycan olaraq bu prosesdə məsul qrum olan Vergilər Nazilriyinə meyarlarla bağlı təkliflər göndərmişik. Startap Şəhadətnaməsinə malik olan startaplar 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən tam olaraq azad ediləcəklər. Ümid edək ki, yaxın zamanda bur proses başa çatacaq”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Osman Gündüz

loading...

Ən çox oxunanalar